"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıxanov qəsəbəsində iftar süfrəsi verilib

--2022-04-15 / 09:51

Sabunçu raynunda olan şəhid ailələrinin üzvləri, qazilər və idmançılar üçün iftar süfrəsi təşkil edilib. iftar süfrəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandan ilham əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun Vətən müharibəsində tarixi Zəfərindən, torpaqlarımızı cəmi 44 gün ərzində işğaldan azad etməsindən bəhs olunub. Xalqımızın ötən illərdən fərqli olaraq builki Ramazan bayramını artıq qalib xalq kimi sonsuz iftixar hissi, fərəhlə qeyd etdiyi vurğulanıb.

Müqəddəs Ramazan ayının fəzilətlərindən söz açılıb. Ramazan bayramının cəmiyyətdə yüksək mənəvi dəyərləri, həmrəylik və xeyirxahlığı təbliğ edən bir bayram olduğu bildirilib. Dövlət başçısının tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər, postmüharibə dövründə onlarla bağlı icra olunan geniş sosial dəstək paketi vurğulanıb.

iftar süfrəsində 70-dan çox şəhid ailələrinin üzvləri, qazilər və idmançılar iştirak edib.

Qeyd edək ki, iftar süfrəsi Sabunçu RiH təşəbbüsü ilə Bakıxanov bələdiyyəsi tərəfindən təşkil edilib.

ŞƏRHLƏR