"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıxanovda yeni park salınır

--2016-07-14 / 02:14

Sabunçu rayon Bakıxanov bələdiyyəsinin yaydığı məlumata görə,  Sabunçu rayon icra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, həmçinin Bakıxanov bələdiyyəsinin iştirakıyla rayonda yeni parkın salınır.

Azərbaycanın Milli Qəhrəmanı Yavər əliyevın adını daşıyacaq parkda son tamalama işləri həyata keçirilir. Parkda hasarlama işləri və hərəkət zolaqlarına tamet döşənməsi başa çatdırılımışdır.

Yaxın günlərdə oturaclar quraşdırılacaq, yaşıllıq zolaqları və işıqlaşdırma işləri başa çatdırılacaqdır.

Parkın avqust ayının sonlarında istifadəyə verilməsi nəzərdə tutulur.

Xatırlatma:

Yavər əliyevın  27 iyun 1956-ci ildə Bakı şəhərində anadan olub.

Pirallahı adasında 235 â„–-li tam orta məktəbi bitirbikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olub.

Yavər əliyev Azərbaycan Hərbi Qüvvələrinin yaranmasında böyük işlər görmüşdür.

Yavər əliyev bir neçə dəfə Qarabağa Mi-24 vertolyutunda uçuşlar etmiş, aşağı yüksəklikdə uçaraq düşmən mövqelərinə ağır zərbələr endirirdi. Bu uçuşlar zamanı ermənilər çoxlu itkilər verirdi. 1992-ci il 29 fevral tarixində Yavərin sonuncu uçuşu oldu.

Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə əliyev Yavər Yaqub oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı "adına layiq görülmüşdür.

Bakı şəhərinin şəhidlər xiyabanında dəfn edilmişdir.

Pirallahı adasında oxuduğu 235 â„–-li tam orta məktəb onun adını daşıyır.

Belediyye.info

ŞƏRHLƏR