Balakən rayonunda formalaşan 20 bələdiyyədən 16-sının cari ilin iyul ayınadək Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 10.900 manat borcu vardır. Belediyye.infoya daxil olan məlumata görə, Balakən, şərif, Püstətala, Yeni şərif bələdiyyəsinin DSMF-yə borcu yoxdur. Hazırda Balakən rayonun Qullar bələdiyyəsinin 1900 manat, Gərəkli bələdiyəsinin 1756 manat, Poşbinə bələdiyyəsinin 1561 manat, Qaysa bələdiyyəsinin 1351 manat, Kortala bələdiyyəsinin 762 manat, Qabaqçöl bələdiyyəsinin 692 manat borcu vardır.
Məsələ ilə bağlı əlaqə saxladığımız Balakən Bələdiyyəsinin sədri əfqan Səfərovun Belediyye.infoya verdiyi məlumata görə, 2014-cü idlə Balakən bələdiyyəsinin DSMF-yə olan borcunun həcmi 20 min manatdan artıq olmuşdur. Bununla yanaşı bələdiyyənin 10 min manata yaxın əməkhaqqı borcu da var idi. Hazırda DSMF-yə olan borcu tam silməklə yanaşı, əməkhaqqı borcunu da yaxın günlərdə bağlayacağıq.
Sədrin sözlərinə görə, bələdiyyə sədrinin qarşısında dayanan əsas məsələ bələdiyyənin hər hansı təşkilat qarşısında borcunun yaranmasıa imkan veməməsidir.
Bələdiyyədə sistem elə işlək vəziyyətdə olmalıdr ki, əhalinin bələdiyyə borcu qalmamalı, üstəlik əldə edilən vəsaitlə layihələr icra edilməli və ödənişlərdə vaxtında edilməlidir.
Belediyye.info