"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Balakən bələdiyyəsi nə qədər qazanıb?

--2018-07-31 / 15:41

Balakən bələdiyyəsinin növbəti iclası keçirilib. iclasda bələdiyyənin altıayılıq fəaliyyəti müzakirə

edilib. Hesabat məruzəsiylə sədr əfqan Səfərov çıxış edib.

Sədr ilk olaraq altı ay ərzində bələdiyyənin gəlir və xərcləri barədə məlumat verib.

Sədrin sözlərinə görə, birinci yarımildə bələdiyyə büdcəsinə torpaq vergisindən 2658 manat, əmlak vergisindən 7.400 manat, torpaq alqı-satqısından 17.404 manat, icarə haqqlarından 579 manat, dotasiyadan 2619 manat, digər gəlirlər istiqamətindən isə 654 manat olmaqla, cəmi 31.316 manat vəsait daxil olub.

əldə edilən vəsaitdən tikinti- abadlıq və digər zəruri tədbirlərin keçirilməsinə 15.500 manat vəsait xərclənib.

Müzakirələrdə sədrin hesabatı ətrafında fikir mübadiləsi aparılıb.

Bələdiyyə üzvləri X.Abdullayev və A. Dünyamalıyeva hesabatı məqbul hesab edərək səsverməyə çıxarmağı təklif ediblər.

Bələdiyyə iclasının qərarına əsasən hesabat məruzəsi geniş ictimaiyyətə açıqlanmaqla yanaşı, vergi müfətişlərinə tapşırılıb ki, vergilərin yığılmasıylıa bağlı əhali arasında geniş təbliğat işlərinin aparılsın.

Belediyye.info

ŞƏRHLƏR