"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Balaxanı bələdiyyəsi dam ortüklərini dəyişdirir

--2015-10-08 / 10:48

“Bələdiyyəmiz ciddi şəkildə payız - qış mövsümünə hazırlaşır”-bu fikirləri Belediyye.info saytına Sabunçu rayonu  Balaxanı bələdiyyəsinin sədri Vüsalə Səlimova bildirib.

Sədrin sözlərinə görə, cari ildə 15 nəfər  aztəmintalı, tənha və ahıl  qəsəbə sakini mənzillərinin dam örtüyünün dəyişdirilməsiylə bağlı bələdiyyəyə müaraciət edib. Bələdiyyə icasının qərarıyla  hələlik  üç qəsəbə sakininin dam örtüyü dəyişdirilib. Dam örtüyünün dəyişdirilməsinə bir min manat yaxın vəsait xərcləndiyini deyən sədrin fikrincə,  maliyyə vəsaiti daxil olduqca qəsəbə sakinlərinin qarşılaşdığı problemlərin həllinə  tezliklə nail olacağıq.

Doqquz ay ərzində 50 min manata yaxın vəsait toplandığı deyən sədr ərazidə 8167 təsərrüfatın olduğunu bildirdi. Bu mənzillərin demək olar 50 % -dək hissəsinin sənədi yoxdur. Təəssüflə qeyd edilməlidir ki, bu mənzillər   mədən ərazilərində  olduğundan onların sənədləşdirlməsi də hələ ki mümkün deyildir.

Hazırda bələdiyyədə çalışan dörd vergi müfəttişi bildirişləri paylamaqla  yanaşı, əhalı arasında maarifləndirmə işləri də  aparır.

Belediyye.info

ŞƏRHLƏR