Balaxanı qəsəbəsində yerləşən 259 saylı məktəbin akt zalında Sabunçu Rayon icra Hakimiyyəti Başçısının Balaxanı qəsəbəsi üzrə Nümayəndəliyinin və Balaxanı Bələdiyyəsinin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib.
iclasda Sabunçu Rayon icra Hakimiyyəti Başçısının I müavini Güloğlan Məmmədov və rayon ərazisində fəaliyyət göstərən qurumların rəhbər və nümayəndələri iştirak ediblər.
iclası giriş sözü ilə açan Güloğlan Məmmədov qəsəbə haqqında ümumi məlumat verdikdən sonra qəsəbə nümayəndəsi Vüqar əsədov və bələdiyyə sədri Vüsalə Səlimova görülmüş işlər və qarşıda duran vəzifələrdən söz açıblar.
Tədbirin sonunda iştirak edən sakinlərin də fikirləri, təklif və iradları dinlənilib və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilib.
Belediyye.info