"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Balaxanı sakinlərinə hesabat verildi

--2016-02-02 / 11:57

Sabunçu  rayon Balaxanı bələdiyyəsi  seçicilərinə hesabat verib. Bu barədə Belediyye.infoya məlumatı bələdiyyə sədri Vüsalə Səlimova bildirib.

Hesabat yığıncağında Sabunçu rayon icra Hakimiyyəti başçısının müavini Güloğlan Məmmədov, habelə rayonun digər rəsmiləri iştirak edib.

Hesabat  yığıncağını giriş sözüylə başçının müavini Güloğlan Məmmədov açaraq qəsəbə ərazisində görülən işlərdə Balaxanı bələdiyyəsinin fəallıq nümayiş etdirdiyini, bundan sonrada sakinlərin xidmətində layiqncə dayanmalı olduğöunu bildirib. G.Məmmədovun sözlərinə gğrə, hər iki qurumun üzərinə böyük məsuliyyət düşür. Vətəndaşı bu qurumlardan narazı salmaq olmaz, onları maraqlandıran suallar vaxtnda  cavablandırmalı olduqlarını bildirib.

Tədbirdə hesabat məruzəsiylə çıxış edən Balaxanı bələdiyyəsinin sədri Vüsalə Səlimova bələdiyyənin fəaliyyətindən, qəsəbədə aparılan abadlıq işlərindən, aztəminatlı ailələrə göstərilmiş maddi yardımlardan və bugün bələdiyyənin əsas məqsədinin ötən illərdən yığılıb qalmış borcların verilməsi, digər tərəfdən əhalini narahat edən məsələlərin həlli edilməsi olduğunu bildirib.

Bələdiyyə sədri 2016-cı il üçün nəzərdə tutulmuş tədbirlər planı haqqında qəsəbə sakinlərinə məlumat verib.

Tədbirdə çıxış edən Balaxanı qəsəbə icra nüməyəndəsi Bəybala Kərimov bələdiyyə ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərdiklərini bildirib.

Hesabat yığıncağı qəsəbə sakinlərinin təklif və tövsiyyələriylə başa çatıb.

Belediyye.info

 

 

ŞƏRHLƏR