"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

BAMS proqramı ilə bağlı təkliflər Xaçmazda müzakirə edilib

--2018-06-21 / 13:54

Xaçmaz bələdiyyəsinin inzibati binasında rayon üzrə formalaşan bələdiyyə sədrlərinin iştirakıyla şura iclası keçirilib. Bu barədə məlumat "Xaçmaz" qəzetinə Xaçmaz bələdiyyəsindan daxil olub.

iclası giriş sözü ilə açan Xaçmaz Bələdiyyəsinin sədri Mahir Fətəliyev açaraq müzakirə olunacaq məsələlər haqqında məlumat verdi. Sədrin sözlərinə görə, bələdiyyələr yaranan gündən struktur dəyişiklikləri ilə yanaşı maliyyə işinin tənzimlənməsində, bank əməliyyatlarının təşkilində mütəmadi olaraq dəyişiklik aparılır. Yeni iş sisteminin bələdiyyələrdə tətbiqi isə bir sıra çətinilklər yaradır. iclasda əsas müzakirə olunan BAMS proqramı birmənalı olaraq ciddi müzakirələrə səbəb olub.

iclasda kənd bələdiyyə sədrləri BAMS proqramı ilə bağlı təklif və iradlarla çıxış etdilər.

Belə ki, bu proqrama əsasən bütün sənədləri yerində olan təsərüüfat sahiblərinə vergi tətbiq olur. Lakin kənd yerlərində ev və təsərrüfatlarının sənədləri tam olmadığı üçün vergilərin tətbiqində problemlər yaradır. Bu da maliyyə işçilərinin aparılmasında çətinliklər yaradır. Sözügedən proqramın internet üzərindən aparılmasında da çətinlklər yaradır. Bu məsələdə mütəxəsislərini işə cəlb etmək lazımdır.

Xaçmaz Bələdiyyəsini sədri Mahir Fətəliyev iclasın sonunda məsələnin həll olunması üçün yolların araşdırılacağını vurğuladı.

Uzun müzakirələrdən sonra məsələnin həlli ilə bağlı işlərin görüləcəyini bildirib.

Gülxar Rəhimli 

Belediyye.info

ŞƏRHLƏR