1975-ci ildə qəsəbə statusu alan şirvan şəhəri Hacıqəhramanlı qəsəbəsi bu gün 895 hektar sahəni əhatə edir. Bələdiyyə mülkiyyətində 244 hektardır. Bunlardan bələdiyyənin ümumi istifadəsində olan torpaq sahəsi 134 hektardır. Bundan 43 hektarı əhalinin xüsusi mülkiyyətində, 91 hektarı isə istifadəsindədir. Qəsəbə əhalisini sayı 2351 nəfərdir. Qəsəbə əhalisi maldarlıqla və öz fərdi təsərrüfatlarında yaratdıqları 146 ədəd istixanada ailə üzvləri ilə birlikdə çalışırlar. istixanalarda əsasən pomidor və xiyar məhsulları yetişdirilir.
Qəsəbədə bu gün 5 ticarət obyekti fəaliyyət göstərir və əhalini gündəlik tələbat malları ilə təmin edirlər. Qəsəbədə həmçinin 1 bələdiyyə, 630 nəfərlik 12 saylı tam orta məktəb, 1 kitabxana, 1 poçt,1 kulub, 1 EATS, 1 maye qaz doldurma məntəqəsi, 2 maşınlar üçün yuyucu sexi, 1 həkim, 1 diş və baytarlıq məntəqəsi fəaliyyət göstərir.
Hacıqəhramanlı Bələdiyyəsi yerli özünüidarəetmə forması kimi 15 ildir ki, fəaliyyət göstərir. Bələdiyyələrin əsasnaməsinə uyğun olaraq 2014-ci ildə keçirilən bələdiyyə seçkilərində 9 nəfər qəsəbə bələdiyyəsinə üzv seçilib.
əsasnaməyə uyğun olaraq illik iş planı müəyyənləşdirilmiş 5 daimi komissiya yaradılmışdır.Daimi komissiyaların iş planları Bələdiyyənin illik iş planı əsasında tərtib edilərək Bələdiyyə iclası tərəfindən təsdiq edilmişdir.Bələdiyyə iclaslarında əsasən qəsəbənin sosial iqtisadi inkişafını əks etdirən və mövcud problemlərin həll edilməsi məsələləri mütamadi olaraq müzakirə edilir.
Hacıqəhramanlı Bələdiyyəsinin 6 ay ərzində gördüyü işlər Bələdiyyənin maliyyə imkanları daxilində həyata keçirilir. Bələdiyyə büdcəsinə daxil olan vəsait əhalidən yığılan torpaq, əmlak vergisindən və torpağın satışından gələn gəlirlər hesabınadır. Belə ki, əhalidən 6 ay ərzində torpaq vergisindən 2.509 manat, əmlak vergisindən 2.777 manat, torpaq satışından isə 3.200 manat , dövlət büdcəsindən isə 1950 manat dotasiya daxil olub. Daxil olan vəsait bələdiyyə iclaslarında müzakirə olunaraq xərclənir.
2017- ci ilin 6 ayı ərzində Hacıqəhrəmanlı Bələdiyyəsinin 10 bələdiyyə iclası keçirmiş və 21 məsələ müzakirə edilmişdir. Müzakirəyə çıxarılan məsələlər arasında yaz-yay mövsümünə hazırlıq, qəsəbədə abadlıq, yaşıllaşdırma, fərdi yaşayış evlərinin, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə torpaq sahələrinin ayrılması və s. olmuşdur. Keçirilən bələdiyyə iclaslarında yerli büdcənin gəlir və xərcləri, bələdiyyə qərarlarının icrası vəziyyəti və digər məsələlər üzrə müvafiq qərarlar qəbul edilmişdir.Bələdiyyə qanunvericiliyinə uyğun olaraq qəbul edilmiş bələdiyyə aktlarını qəbul etdiyi andan 15 gün müddətinə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmiş,həmin orqanın tövsiyyələri iclaslarda müzakirə edilmiş və icra etmək üçün qəbul edilmişdir.
Yarım il ərzində Bələdiyyə iclaslarında bələdiyyə üzvləri ilə birlikdə çoxsaylı məsələlər müzakirə edilmiş qəsəbə üçün həlli vacib olan məsələlər barədə təkliflər irəli sürülmüşdür, Hacıqəhramanlı bələdiyyəsinə daxil olan müraciətlərə baxılması, bələdiyyə vergi və rüsumların yığılması vəziyyəti, bələdiyyənin gəlir və xərcləri barədə məlumatlar verilmiş sakinlərin təklif və müraciətləri dinlənmişdir.
2017-ci ilin 6 ayı ərzində Hacıqəhrəmanlı Bələdiyyəsinə vətəndaşlardan fərdi və kollektiv şəkildə 47 müraciət daxil olmuşdur. Müraciətlər əsasən torpaq sahələrinin ayrılması , hərbi hissədə olan əsgərlərə müxtəlif səbəblərdən məzuniyyət verilməsi ilə bağlı hərbi hissəyə müraciət edilməsi , qəsəbədaxili su xətlərinin təmir olunması, qəsəbədaxili yollara qum çınqıl tökülməsi, qəsəbə qəbirstanlığıının ətrafının hasarlanması ilə və digər mövzularla bağlı olmuşdur. 2017-ci ilin 6 ayı ərzində şirvan şəhər icra Hakimiyyəti Başçısı aparatından Hacıqəhrəmanlı Bələdiyyəsinə 10 müraciət daxil olmuşdur.Daxil olan müraciətlərə dərhal baxılmış, izahat verilmiş, müsbət həll olunmuşdur.
Hacıqəhramanlı bələdiyyəsi tərəfindən qəsəbədə yaşayan aztəminatlı ailələrə, şəhid ailəsinə, qəsəbədə yaşayan qaçqın və məcburi köçkünlərə maddi köməklilər göstərilir, onlar daim diqqət mərkəzində saxlanılır və problemlərinin həlli üçün mütəmadi olaraq görüşlər keçirilir.
Dini adət ən-ənələrimizə hörmət əlaməti olaraq həmin ailələrə ramazan, qurban və novruz bayramlarında və hüzr mərasimlərində maddi köməkliklər göstərilir.
2016- cı ilin 11 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatının inkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilən “Aztəminatlı ailələrin social-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətlərinin gücləndirilməsi” proqramınının qrup rəhbəri və Hacıqəhrəmanlı Bələdiyyəsi arasında memorandum imzalanıb.
Proqramın əsas məqsədi aztəminatlı uşaq və gənclər və onların ailələri üçün innovativ və inkluziv sosial xidmətlərin effektiv və davamlı təmin edilməsinə dəstək göstərmək üçün vətəndaş cəmiyyəti təşkilatları və dövlət orqanlarının bacarıqlarını atrırmaqdır. Birgə əməkdaşlıq nəticəsində artıq 2017- ci ildən etibarən bir sıra görüşlər keçirilmişdir. Qəsəbə sakinlərinin çox saylı müraciətləri nəzərə alınaraq qəsəbə üçün xeyir şər mağarının alınması məqsədə müvafiq hesab olunmuşdur. Qərar layihəsinin təsdiqi üçün bələdiyyə iclasına təqdim olunmuşdur. Bu xeyir-şər mağarı qəsəbənin aztəminatlı ailələrinin xeyir və şər mərasimlərinə pulsuz verilməsi bələdiyyə iclasında təsdiq edilmişdir.
Qəsəbənin imkanlı təbəqəsinə güzəştli verilməsi bələdiyyənin iclasında müzakirə olunmuşdur. Bələdiyyə həmin mağardan gələn gəlir hesabına gələcəkdə aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılmasına çalışacaq.
Qəsəbə sakinlərinin müraciətlərinə əsasən Bələdiyyə iclasının qərarı ilə Hacıqəhrəmanlı Bələdiyyəsi qəsəbə üçün çox böyük əhəmiyyət kəsb edən Su anbarının yararsız olduğunu nəzərə alaraq əlavə su borusunun çəkilişinə başlamışdır. Bu problem artıq birdəfəlik öz həllini tapmışdır. Belə ki, qəsəbə sakinləri tərəfindən edilən müraciətlər nəzərə alınaraq Hacıqəhrəmanlı Bələdiyyəsinin təşəbbüsü ilə qəsəbəyə verilən su xəttində olan problem yenisi ilə yenilənərək sakinlərin istifadəsinə verilmişdir.
Bələdiyyəmiz yerli büdcənin təmin edilməsi sahəsində dönüş yaratmağa çalışır. Qəsəbəmizdə 538 vergi ödəyicisi var. Yerli (Bələdiyyə) vergi və ödənişlərin Avtomatlaşdırılmış məlumat sistemi (BAMS)da yaradılmış vergi ödəyicilərinin qeydiyyata alınması Hacıqəhrəmanlı Bələdiyyəsində başa çatdırılmışdır. Artıq qəsəbə üzrə 538 vergi ödəyicisi (BAMS) proqramında yerləşdirilmiş, tədiyyə bildirişləri operativ şəkildə hazırlanaraq qəsəbə sakinlərinə paylanmışdır.Artıq 2 ay ərzində 174 nəfər qəsəbə sakini ötən illərə aid olan əmlak və torpaq vergilərini ödəmişlər. Onu da qeyd etmək istəyirəm ki, (BAMS) proqramının Bələdiyyə üçün çox böyük əhəmiyyət kəsb etmişdir. Qəsəbə sakinləri tərəfindən vergilərin ödənilməsində irəlləyiş yaranmış 2016- cı ilə nisbətdə vergilərdə əsaslı dönüş yaranmışdır.Buda qəsəbə sakinləri ilə bələdiyyə arasında münasibətlərin qurulmasında,şəffaflığın təmin olunmasının göstəricisidir. ilk vaxtlar bu proqrama qöşulmaq gərgin iş fəaliyyəti nəticəsində başa gəlsədə artıq Bələdiyyə bunun bəhrəsini görməyə başlamışdır. Bu proqramın vergi ödəyicilərndə məsuliyyətin artırılmasına müsbət rolu olmuşdur.Təmsil olunduğum Hacıqəhrəmanlı Bələdiyyəsi (BAMS) proqramının istifadə olunmasına çox ciddi yanaşır.
Görülən işlərlə yanaşı həllini gözləyən bir çox problemlərimiz var. əminik ki, 2017-ci ili də böyük nailiyyətlərlə başa vuracağıq. Qəsəbə sakinlərinin güzəranını daha da yaxşılaşdırmaq məqsədilə qarşımıza qoyduğumuz vəzifələri yerinə yetirəcək, qanunvericiliyə əməl etməklə sosial problemlərin həll edilməsi üçün bütün imkanlardan istifadə edəcəyik.
Samirə Abışova
şirvan şəhər Hacıqəhrəmanlı Bələdiyyəsinin sədri
|
|
|
|
|
|
|
|
|
|
|