"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Baş Göynük bələdiyyəsinin inzibati binası yanıb

--2017-10-19 / 17:41

Fövqəladə Hallar Nazirliyinin rəsmi internet resursunun yaydığı məlumata görə, şəki rayonu, Baş Göynük kəndində ümumi sahəsi 650 m2 olan birmərtəbəli hündür kürsülü binanın yanar konstruksiyaları 380 m2 sahədə yanmışdır. Məlumatda bildirilir ki, yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunmuş və yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Qeyd edək ki, yanan bina şəki rayon Baş Göynük bələdiyyəsinin inzibati binası olub. Hadisə barəsində Belediyye.infoya açıqlama verən Baş Göynük bələdiyyəsinin sədri Vüqar Məmmədov bildirib ki, hadısə barəsində 18 oktyabr axşam saatlarında məlumat alıb və dərhal da hadisə yerinə gəlib. Bələdiyyəni bir qisim sənədləri yanğından xilas edilsə də, mühasibatlığın yerləşdiyi otaqlar və bütün maliyyə sənədləri yanıb.

Sədrin sözlərinə görə, 1956-cı ildə inşa edilən binada kənddə formalaşan kolxozun idarə heyəti fəaliyyət göstərib. Bələdiyyə formalaşandan sonra isə  bina yerli orqanın balansına verilib.

Qeyd edək ki, həmin gün Baş Göynük kəndində ümumi sahəsi 50 m2 olan tövlənin çardağının yanar konstruksiyaları 30 m2 sahədə və çardağa yığılmış 1 ton ot bağlamasının 0,5 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Eyni vaxtda hər iki hadisənin təsadüf və məqsədli olması müvafiq orqanlar tərəfindən araşdırılır.

-Fəaliyyətinizi harada davam etdirəcəksiniz- sualnıa sədr bildirb ki, inzibati bina yarasız vəziyyətə düşüb. Yəqin ki araşdırmalar yekunlaşana kimi  müvəqqəti olaraq bir yer tapıb fəaliyyətimizi davam  etdirəcəyik.

Belediyye.info

ŞƏRHLƏR