"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Başçısı həbs edilən rayonların bələdiyyələri ötən il nə qədər qazanıblar?

--2020-08-20 / 06:34

Artıq sayca altıncı Kürdəmir RiH başçısının saxlanıldığı deyilir. Bu günədək həbs də olan Ağstafa, Yevlax, Neftçala,Biləsuvar, imişli RiH başçılarının rəhbərlik etdikləri rayonlardakı bələdiyyələr ötən il nə qədər maliyyə vəsaiti əldə edə biliblər?

Dövlət Statistik Komittəsinn illik hesabatına görə, Ağstafa rayonunda formalaşan 29 bələdiyyə 155.800 manat (2018 ci illə müqayisədə 11.9 faiz az), Yevlax rayonunda formalaşan 29 bələdiyyə 277.800 manat (2018 ci illə müqayisədə 19.1 faiz az), Neftçala rayonunda formalaşan 17 bələdiyyə 284.600 manat(2018 ci illə müqayisədə 4.2 faiz az), Biləsuvar rayonunda formalaşan 23 bələdiyyə343100 (2018 ci illə müqayisədə 13.8 faiz az), imişli rayonunda formalaşan 29 bələdiyyə292.800 (2018 ci illə müqayisədə 30.4 faiz artıq) və Kürdəmir rayonunda formalaşan 30 bələdiyyə 174.900 (2018 ci illə müqayisədə 5.4 faiz artıq) olub.

Altı rayonda formalaşan 157 bələdiyyənin ötənilki büdcə gəliri (155.800, 277.800, 284.600,343.100, 292.800, 174.900 ) 1.529.000 manat maliyyə vəsaiti əldə ediblər ki, bununda 340600 manatı dövlət tərəfindən ayrılan dotasiya olub.  Beləliklə, ay ərzində 157 bələdiyyə nin büdcə gəliri 630 manata bərabər olub.

Belediyye.info

ŞƏRHLƏR