"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Batumi şəhər bələdiyyəsi Azərbaycan bələdiyyələri ilə əməkdaşlıqda maraqlıdır

--2017-04-30 / 13:42

Azərbaycanın Batumi səhərindəki baş konsulu Rəşad ismayılov aprelin 28-də Batumi Bələdiyyə Məclisinin sədri Laşa Sirabidze ilə görüşüb.

Görüşdə yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin bələdiyyə assosiasiyalarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunub.

Rəşad ismayılov Azərbaycan ilə Gürcüstan arasında genişlənən əlaqələr barədə bələdiyyə sədrinə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında qardaşlıq və əməkdaşlığa dair Memorandum imzalandıqdan sonra hər iki region arasında siyasi, iqtisadi, mədəni və turizm əlaqələri sürətlə inkişaf etməyə başlayıb.

Laşa Sirabidze Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan xəbərdar olduğunu bildirib, yerli özünüidarəetmə orqanlarının işinin səmərəli təşkilini öyrənməkdə, eləcə də Batumi bələdiyyəsinin Azərbaycanın yerli özünüidarəetmə orqanları ilə əməkdaşlığının genişlənməsində maraqlı olduğunu bildirib.

Tərəflər ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparıblar.

Xətayi əzizov

AZəRTAC-ın xüsusi müxbiri

Tbilisi

http://azertag.az/xeber/1055479

ŞƏRHLƏR