şəmkir rayonu Bayramlı bələdiyyəsi bu günlərdə yaşayış məntəqəsində xidmət edən əsgər və zabitləri ziyarət edib. Bununla bağlı məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Bələdiyyə sədri Gülçin Bağırova bununla bağlı özünün sosial media hesabında maraqlı açıqlama ilə çıxış edib. Bələdiyyə sədri öz statusunda belə qeydlər edib:
“Bu gün bizim üçün yaddaqalan sevindirici gün oldu. Bizdə Bayramlı bələdiyyəsi olaraq kəndimizdə xidmət keçən əsgər və zabitlərimizi ziyarət edib onlar üçün Azərbaycan vətəndaşı olaraq əlimizdən gələn dəstəyi edəcəyimizi bildirdik.
Görüşün sonunda bələdiyyənin gətirdiyi ərzaq yardımı hərbi hissə bölüyünə təqdim edildi.
Ali baş komandanımızın söylədiyi kimi Azərbaycan ordusu bölünməz bükülməz bir "Dəmir yumruq"dur.”
Belediyye.info