"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Belaruslar Lahıcda olub

--2017-08-30 / 18:15

30 avqust 2017 - Qardaşlaşmış şəhərlərin dostluq əlaqələri çərçivəsində bu gün Belarusiya Respublikasından gəlmiş qonaqlar rayonumuzun gözəlliklər məskəni olan Lahıc qəsəbəsində olublar. Lahic bələdiyyəsində görüş barəsində məlumat verən sədr Rövşən əliyev Belediyye.infoya açıqlamasında bildirib ki, ismayıllı rayonu Belarisyanın Nesviy şəhəri qardaşlaşıb. Görüşdə isə bu əlaqələrin daha da genişləndirilməsi yolları  müazkirə edilib.

Sədrin sözlərinə görə, qonaqlar qədim yaşayış məskəninin tarixi, mədəniyyəti və bugünkü həyatı ilə tanış olublar.

Lahıc bələdiyyəsi tərəfindən həyata keçirilən çoxsaylı layihələr də qonaqların böyük marağına səbəb olub.

Belediyye.info

ŞƏRHLƏR