"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə 200 ailəyə bayram sövqatı göndərib

--2015-09-28 / 12:52

islam dünyasının müqəddəs bayramı – Qurban Bayramı Binəqədi qəsəbəsində də böyük sevinc və coşğu ilə keçirilib. Bu barədə məlumatı Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva bildirib. Sədrin sözlərinə görə, Binəqədi qəsəbə Bələdiyyəsi və “Mister Tum” MMC-nin birgə əməkdaşlığı ilə  qəsəbədə yaşayan  200 ailəyə qurban payı hədiyyə edilib. əsasən  veteranların, fiziki qüsurlu şəxslərin, ahılların, qəyyumluqdakı uşaqların nəzərə alındığı aksiyada Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac əliyeva və “Mister Tum” MMC-nin  təmsilçisi  iştirak edib.

Bayram günlərində Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac əliyevanın rəhbərliyi ilə qəsəbə ərazisində yerləşən “N” saylı hərbi hissədə bayram tədbiri təşkil edilərək hərbi xidmətdə olan əsgərlər təbrik edilərək  bayram hədiyyələri verilib.

Belediyye.info

ŞƏRHLƏR