sorğu
“Ağsu bələdiyyəsi yerli büdcəyə əlavə maliyyə vəsaitinin cəlb edilməsi üçün layihələr üzərində iş aparır”- bu fikirləri Belediyye.infoya Ağsu Bələdiyyəsinin sədri ilham Nurəhmədov bildirib
Sədrin açıqlamasında bildirilir ki, bələdiyyə iclasının qərarıyla 25 hektarlıq bələdiyyə ərazisində fındıq bağının salınması məsələsi müzakirə edilir.
Bələdiyyənin öz torpaq fondunda salınacaq bağın smeta-layihə dəyəri öyrəniləcək və növbəti ildən layihənin icrasına başlanacaq.
Sədrin sözlərinə görə, bələdiyyənin büdcə daxilolmaları az olduğundan layihənin tam icrası üçün əlavə maliyyə vəsaitinin cəlb edilməsi də nəzərdə tutulur.
Belediyye.info