Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsi 2016 -cı il üçün yerli büdcəni uzun müzakirədən sonra təsdiq edib. Bununla bağıə bələdiyyənin yaydığı məlumatda deyilir ki, Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsi 2016-cı il üçün yerli gəlir və xərclərini (yerli büdcəsini) 700,0 (yeddi yüz min) manat həcmində müəyyən etmişdir.
Büdcə gəlirləri iqtisadi təsnifat üzrə aşağıdakı kimi proqnozlaşdırılmışdır:
Göründüyü kimi, M.ə.Rəsulzadə Bələdiyyəsi büdcəsinin gəlirləri əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi, icarədə olan bələdiyyə torpaqlarının icarə haqqı və məişət tullantılarına görə xidmət haqqı yığımından formalaşacaqdır. Ümumi olaraq 2016-cı il bələdiyyə büdcəsinin gəlirləri 2015-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə 65,0 min manat və ya 10 faiz çoxdur, bu da əsasən fiziki şəxslərdən əmlak vergisinin payına düşür.
2008-ci ilə qədər M.ə.Rəsulzadə bələdiyyəsinin əsas gəlir mənbəyi olmuş torpaqların özəlləşdirilməsindən daxil olmalar sonrakı illərdə həyata keçirilməmişdir.
Belə ki, bələdiyyə mülkiyətində olan torpaqların özgəninkiləşdirilməsi bir qayda olaraq bilavasitə bələdiyyə qərarı ilə həyata keçirilirdisə, 28 oktyabr 2008- ci il tarixdə torpaq münasibətlərini tənzimləyən bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməklə bəzi istisnaları nəzərə almasaq bələdiyyə torpaqlarının torpaq hərrac və müsabiqələri vasitəsi ilə verilməli olduğu müəyyənləşdirildi. Lakin istər bilavasitə bələdiyyə qərarı ilə istərsə də torpaq hərracları və ya müsabiqələri vasitəsilə özgəninkiləşdirilməsi nəzərdə tutulan torpaq sahələrinin rəsmiləşdirilməsi üçün bələdiyyənin torpaq üzərindəki mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və kadastr xəritəsinin olması vacib sayılan şərtlərdəndir.
Bununla belə qeyd olunmalıdır ki, müvafiq mərkəzi icra hakimyyəti orqanı tərəfindən uzun illərdir ki, M.ə.Rəsulzadə bələdiyyəsinin şəhadətnaməsinin və xəritələrinin hazırlanmaması səbəbindən bələdiyyə torpaqlarının satışının həyata keçirilməsini mümkünsüz edir.
Məhz bu səbəbdən də, bu mənbədən büdcəyə vəsait daxil olmur və nəticədə bu hal ümumilikdə bələdiyyənin gəlirinin azalması ilə müşahidə olmaqda davam edir.
Yerli özünüidarəetmənin inkişaf səviyyəsi onların maliyyə təminatı səviyyəsindən birbaşa asılıdır, büdcənin gəlir hissəsini yerinə yetirməklə, yığılan maliyyə resursları ilə büdcə xərclərinin yetərli təminatını yaratmış olarıq.
Büdcə xərclərinin iqtisadi təsnifatı aşağıdakı kimi müəyyən edilərək proqnozlaşdırılmışdır:
Göründüyü kimi bələdiyyə əsasən M.ə.Rəsulzadə qəsəbəsi ərazisində bir sıra təmir-tikinti, abadlıq, məişət tullantılarının yığılıb daşınması və zərərsizləşdirilməsi işlərinin görülməsini proqnozlaşdırmışdır. Bələdiyyə öz ərazisindən dislokasiya üzrə məişət tullantılarının yığılıb daşınması və zərərsizləşdirilməsi işlərini icra etməklə yanaşı bu sahənin xidmət haqqının yığımını da həyata keçirir.
Ümumiyyətlə abadlıq və təmizlik işlərinin həyata keçirilməsində önəmli işlərdən biri də məişət tullantılarının mütəmadi olaraq vaxtlı-vaxtında yığılması, daşınması və zərərsizləşdirilməsidir. Bu işlər həmişə yerli idarəetmə orqanı olan bələdiyyənin diqqət mərkəzində olmuş və buna böyük həssaslıqla yanaşmışdır. Bununla paralel olaraq qəsəbə ərazisindən toplanmış məişət tullantılarının zərərsizləşdirilməsi, tullantı daşıyan avtomaşınların yuma və dezinfeksiya işləri xidmətlərinə görə “Təmiz şəhər” ASC ilə bağlanmış müqaviləyə əsasən göstərilən xidmətin həcmi müqabilində ödənişlər aparılır.
M.ə.Rəsulzadə bələdiyyəsi yerli büdcəsinin gəlir hissəsində dövlət büdcəsindən dotasiya alınmasını tamamilə bələdiyyə ərazisindən bütün növ məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi işlərinin maliyyələşdirilməsi üçün proqnozlaşdırılmışdır. Hansı ki, Respublikası Dövlət büdcəsindən ümumiyətlə köməklik məqsədi üçün hər il yerli (bələdiyyə) büdcələrə dotasiya ayrılması nəzərdə tutulur və ödənilir. M.ə.Rəsulzadə Bələdiyyəsi alınacaq dotasiyanı ümumən deyil, yalnız məqsədli təyinat üzrə proqnozlaşdırmışdır, daha doğrusu müqayisədə M.ə.Rəsulzadə Bələdiyyəsinə veriləcək dotasiya xərclərin örtülməsi üçün deyil, birbaşa olaraq yerinə yetirilmiş iş və ya göstərilmiş xidmətlərin icrası məqsədini daşıyır. Bu sahə ən vacib və önəmli sahələrdən biri olmaqla yanaşı, həm də çox xərc tələb olunan sahədir. Bələdiyyə bu sahədən heç bir mənfəət güdmür, ancaq bir yerli özünüidarəetmə qurumu olaraq bu işlərin görülməsi qəsəbənin təmizliyi, abadlığı və sakinlərin yerli ekoloji problemlərinə köməklik məqsədi daşıyır. Lakin bir əsas məsələni də qeyd etmək lazımdır ki, bu sahədən gələn gəlir çəkilən xərcləri ödəmir, buna da əsas səbəb əhalidən məişət tullantılarına görə xidmət haqqının az məbləğ təşkil etməsi və hüquqi şəxslər tərəfindən xidmət haqlarının vaxtlı-vaxtında ödənilməməsi olur. Bundan başqa yaz-yay aylarında fərdi yaşayış evlərində aparılan təmir-tikinti işləri nəticəsində və yay-payız mövsümdə kənd təsərrüfatı məhsullarının əhali qrupu üzrə istifadəsinin artması üzündən məişət tullantılarının həcmi çoxalır, tullantıların yığılması, daşınması və poliqona təhvil verilməsi işlərinin həcmi də çoxalır, nəticədə analoji olaraq bu sahəyə çəkilən xərclər də artır. Belə ki, 2015-ci ilin doqquz ayında bu sahənin xidmət haqqından faktiki gəlir cəmi 137,0 min manat olduğu halda, faktiki xərc isə cəmi 171,0 min manat təşkil etmiş, artıq yaranmış xərc büdcənin başqa gəliri hesabına maliyyələşdirilmişdir. Bu səbəbdən də 2016-cı il büdcəsində bu sahənin xərc proqnozu 32,0 min manat artırılmışdır.
Bələdiyyə əvvəlki illərdə olduğu kimi, qəsəbə ərazisində yaşayan kimsəsizlərə, tənha qocalara və digər aztəminatlı təbəqəyə onların müraciətləri əsasında maddi yardımlar ödəyir. Bu şəxslərin müəyyən hissəsi himayəyə götürülməklə onlara hər ay maddi yardım ödənilir.
Bununla yanaşı qeyd edilməlidir ki, dövlət büdcəsinə vaxtlı-vaxtında ödəmələr aparıldığından bələdiyyənin Bakı şəhər Vergilər Departamentinə və DSMF-na borcu yoxdur.
Belediyye.info