sorğu
Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəai maraqlı bir layihəyə imza atıb. Bu barədə məlumatı adıçəkilən bələdiyyə yayıb.
Belə ki, Binəqədi qəsəbə bələdiyyəsi ictimai-humanitar sektorunun təşkilatçılığı ilə bələdiyyə sədri Aytac əliyevanın və qəsəbə ərazisində yerləşən 205 saylı məktəbin direktoru Bəyaz Novruzovanın iştirak ilə şagird və müəllim kollektivi I və və III mədən ərazisində yaşayan kimsəsiz, aztəminatlı ahılların mənzillərində olaraq, gün ərzində onların qayğısına qalıblar, habelə evlərində təmizlik işləri apararaq, süfrə ətrafında maraqlı söhbət ediblər.
Qeyd edək ki, Binəqədi qəsəbə bələdiyyəsi hər zaman qəsəbə ərazisindəki ahılları diqqətdə saxlamaqla, zamanla onların qayğılarını çəkirlər.
Belediyye.info
|
|
|