“Bələdiyyələr tərəfindən qəbul edilən aktlar qəbul edildikdən sonra mütləq şəkildə ədliyyə Nazirliyinə göndərilməlidir”- bu fikri Belediyye.infoya ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin inzibati nəzarət idarəsinin böyük məsləhətçisi, kicik ədliyyə müşaviri Taleh Quliyev bildirib. Onun sözlərinə görə,
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” Təlimatda birmənalı olaraq qeyd edilir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş bələdiyyə aktlarının bir surəti qəbul edildiyi andan 15 gündən gec olmayaraq ədliyyə Nazirliyinə mütləq təqdim edilməlidir. əlavə edək ki, təlimata uyğun olaraq “bələdiyyələrin normativ aktlarına inzibati nəzarət baş idarə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada həmin aktların dövlət qeydiyyatına və dövlət uçotuna alınması formasında həyata keçirilir. Bu sahədə baş idarənin fəaliyyəti mərkəzlə əlaqələndirilir və görülmüş işlər barədə baş idarə tərəfindən mərkəzə məlumat verilir.”
Mərkəz rəsmisinin sözlərinə ğörə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı bələdiyyələrin dövlət qeydiyyatına alınmamış normativ aktlarının tətbiqi halları aşkar olunduqda, Mərkəz və ya şöbə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür və digər bələdiyyə aktları Bakı şəhəri üzrə Mərkəzə, regionlar üzrə isə ədliyyə Nazirliyinin Regional şöbələrinə təqdim edilir. Regional şöbələrdə baxılan bütün aktlar rəylərlə (arayışla) birlikdə Mərkəzə göndərilir.
Taleh Quliyev bildirib ki, bələdiyyələr aktlarını müvafiq olaraq ədliyyə Nazirliyinə göndərilməsi məsələsinə diqqətlə yanaşmalı və qanunun tələblərinə düzgün şəkildə riayət etməlidirlər.
Belediyye.info