sorğu
Xəzər rayonu Binə bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, yerliözünidarəetmə orqanın altıaylıq büdcə gəliri 49.582 manat olub. Bu vəsaitin 9.933 manatı torpaq vergisindən, 27.269 manatı əmlak vergisindən, 5.150 manatı isə icarə haqqalarından daxil olub.
Bələdiyyənin yaydığı məlumatda qeyd edilir ki, bu gün Binə qəsəbəsində 30 min mənzil, təxminən 120 min nəfərə yaxın sakin yaşayır.
Bələdiyyənin apardığı araşdırmalara görə, inzibati ərazi daxilində 20 minə yaxın sənədsiz mənzil vardır. Bu mənzillərə hüquqi status verilərsə onda büdcədaxilmalarının həcmi 3 dəfəyə yaxın arta bilər.
Belediyye.info