"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə aprel şəhidinin məzarını ziyarət edib

--2017-02-17 / 13:31

Torpaq - uğrunda ölən varsa vətəndir!

Bu gün vətən yolunda ən uca zirvəyə ucalmış 2016-cı ilin  aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Binəqədi rayon Biləcəri sakini Mahir Sabir oğlu Mirzəyevin doğum günüdür.

Bu münasibətlə Biləcəri bələdiyyəsi ictimai - humanitar sektorunun təşəbbüsü ilə Biləcəri bələdiyyəsi və Biləcəri bələdiyyəsi YAP ərazi ilk partiya təşkilatı, 20 saylı iSiS rəhbərliyi, qəsəbə ağsaqqalları, ziyalıları, Qarabağ əlilləri cəmiyyətinin və Milli Qəhrəmanlar birliyinin rəhbər nümayəndələrinin iştirakı ilə şəhidin ailəsi və onun məzarı ziyarət edilmişdir.
şəhidmizə allahdan rəhmət və ailəsinə, yaxınlarına səbir diləyirik.

ALLAH RəHMəT ELəSiN!!!!

Binəqədi rayon Biləcəri bələdiyyəsi

ŞƏRHLƏR