"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə assosiasiyaları hesabata hazırlaşır

--2017-04-26 / 10:19

Azərbaycan şəhər , Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyaları hesabata hazırlaşır. Bu barədə Belediyye.infoya məlumat  assosiasiyalardan daxil olub.

27 aprel tarixində  Azərbaycan şəhər Bələdiyyələrinin Milli  Assosiasiyası, 28 aprel tarixində Azərbacyan Qəsəbə Bələdiyyələırinin Milli Assosiasyası, 29 aprel tarixində isə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyası hesabat verəcəkdir.

Qeyd edək ki, şəhər bələdiyyələrinin hesabatı Bakı şəhərində, qəsəbə bələdiyylərinin hesabatı Suraxanı rayonunda, kənd bələdiyyələrinin hesabatı isə Ucar rayonunda keçiriləcəkdir.

Bəs cari ildə bələdiyyələrin fəaliyyətində hansı gözləntilərimiz var?

Belediyye.info bu sualla  Azərbaycan şəhər Bələdiyyələrinin Milli  Assosiasiyasının sədri  Təmraz Tağıyevə müraciət edib:

-Rayon və şəhər bələdiyyələri fəaliyyətləriylə öz sözlərini deyiblər. Bugün ölkə bələdiyyələrinin büdcə gəlirlərinin əsas hissəsini məhz rayon bələdiyyələrinin əldə etdikləri maliyyə vəsaiti təşkil edir.

Cari ildə inanıram ki, Bələdiyyələrin Avtomatlaşdırılmış  Məlumat Sisteminin tətbiqi bələdiyyələrdə şəffaflığın təmin edilməsində öz köməyini göstərəcəkdir. Bununla yanaşı əhalinin maariflərilməsi istiqamətindəki  fəaliyyətlərini daha da genişləndirəcək və əldə edilən maliyyə vəsaiti  hesabına  daha böyük layihələrə imza atacaqlar. 

Belediyye.info

ŞƏRHLƏR