sorğu
Mingəçevir bələdiyyəsindən Belediyye.info saytına daxil olan məlumata görə, hər il olduğu kimi, bu il də Ramazan Bayramı münasibəti ilə Mingəçevir bələdiyyəsi 250 nəfər imkansız ailəyə ərzaq bağlaması payladı. Bu məqsədlə təşkil olunmuş tədbirdə Mingəçevir şəhər icra Hakimiyyətinin başçısının I müavini ilham ismayılov və Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev müqəddəs Ramazanla bağlı təbrik nitqi söylədilər.
Qeyd edək ki, ərzaq bağlamalarının hazırlanması üçün bələdiyyə büdcəsindən 2500 manat vəsait ayrılmışdır.
Belediyye.info