Biləcəri qəsəbəsindəki şəhidlər Xiyabanında əsaslı təmir - tikinti işlərini yekunlaşdırılıb.
Bu barədə Belediyye.infoya Binəqədi rayonu Biləcəri bələdiyyəsindən bildiriblər. Qəsəbədə şəhidlərin ölməz ruhunun əbədiləşdirilməsi üçün mövcud şəhidlər Xiyabanında əsaslı təmir - tikinti və yenidənqurma işləri aparılıb.
Biləcəri bələdiyyəsi qəsəbənin Binəqədi yolundakı şəhidlər xiyabanınında şəhid analarının və yerli sakinlərin istək və arzularını nəzərə alaraq xiyabanın girişində xüsusi layihə üzrə giriş kompleksinin və ətrafının tikintisini həyata keçirib. Bununla yanaşı ərazidə bərpa işləri və abadlaşdirilması işləri də başlanmış və qısa zaman kəsiyində göstərilən işlər tamamlanaraq ziyarətçilərin istifadəsinə verilmişdir.
Belediyye.info
|
|
|
|
|
|
|