“Sakinlərimiz arasında ciddi şəkildə maarifləndirmə işləri aparırıq”- bu fikirləri Belediyye.infoya Suraxanı rayon Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfov bildirib.
“Hazırda elə də ciddi irəliləyişə nail ola bilməmişik. Çünki kifayət qədər borcu olan vətəndşalarımız vardır. Və hazırda onlarla bağlı Məhkəmə icraçılarına müraciət etmişik. Digər 100 nəfərin də sənədləri hazırlanır.”
Sədrin məlumatına görə, bu gün məhkəmə icraçılarına 11 nəfər fiziki şəxs haqqında müraciət edilib. Onların arasında iki şadlıq evinin sahibi də vardır. Birinin 6153 manat, digərinin isə 6000 manat bələdiyyəyə borcu vardır.
Sədr ilkin olaraq onların və digər borcluların adlarını çəkməsə də, yaxın gələcəkdə siyahının KiV-ə dərc edilməsi üçün göndərəcəklərini bildirirb.
Digər 9 nəfərin borcu isə 124-492 manat aralığında dəyişir.
Belediyye.info