Səbail bələdiyyəsinin sədri Firdövsi Cəbrayılovun Belediyye.info saytına verdiyi məlumata görə, cari ilin 9 ayı ərzində bələdiyyənin 331 min manat büdcə gəliri olub. Gəlirlər sırasında fiziki şəxslərdən torpaq vergisi 5676 manat, fiziki şəxslərdən əmlak vergisi 61987 manat , bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin və digər daşınmaz əmlakın özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödənişin həcmi 207 min manat, bələdiyyə ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqlarından və bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya muvəqqəti dayanacaqları üçün ödəniş 19 min manat təşkil edib.
Sədrin sözlərinə görə, bələdiyyənin vergi müfəttişlərinin və məhəllə komitələrinin əhali arasında apardığı maarifləndirmə işlərinin nəticəsində ötən ilin 9 ayı ilə müqayisədə əmlak vergisinin, mehmanxana və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin, o cümlədən avtomobil dayanacaqları üçün ödənişin həcmi nisbətən artıb.
Sədrin fikrincə, ilin sonundək bələdiyyə orta aylıq büdcə gəlirini ortalama rəqəmlə 50 min manatadək artırmaq niyyətindədir.
Belediyye.info