“Cari ilin birinci yarısında Zabrat bələdiyyəsi iş fəaliyyətini günün və zamanın tələblərinə uyğun qurmaqla ölkəmizdə həyata keçirilən sosial-iqtisadi quruculuq işlərində yaxından iştirak eməyə çalışıb”-bu fikirləri Belediyye.info saytına Sabunçu rayon Zabrat bələdiyyəsinin sədri Adil Hənifəyev deyib. Sədrin sözlərinə görə, birinci altı ay ərzində bələdiyyənin gəlirləri 43.702 manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 25% çoxdur: “Bütün imkanları səfərbər etməklə büdcə daxilolmaları artırmağa yönəltmişik. Qeyd edək ki, daxil olmalardan: 24.885 manat fiziki şəxslərin əmlak vergisindən, 10.608 manat fiziki şəxslərin torpaq vergisindən, 5.334 manat torpaqların icarə haqqından olub.”
Bələdiyyənin xərclərinə toxunan sədr bildirib ki, cari ilin birinci yarısında xərcləri 34.712 manat olub.
Bunlardan 1.350 manat məişət tullantılarının yığılıb daşınmasına, 700 manat abadlıq işləri üçün ayrılmış, o cümlədən qəsəbədə olan Babək və Məmmədyarov küçələrində 1700m2 divar örtüyü rənglənmiş və Zabrat – Kürdəxanı yol kənarına 40 ədəd yaşıl ağaclar əkilmişdir.
Belediyye.info