Ağsu bələdiyyəsindən Belediyye.info saytına daxil olan məlumata görə, cari ilin dooqquz ayı ərzində bələdiyyənin büdcə gəlirləri 50 min manata yaxın olub. Bu vəsaitin 29.000 manatı torpaq satışından, 6.600 manatı torpaq vergisindən, 3.088 manatı torpağın icarəsində, 219 manatı əmlak vergisindən daxil olub. Bundan əlavə 1650 manat reklamdan daxil olan ödənişlərdir.
Qeyd edək ki, bələdiyyənin doqquz ay ərzində xərci 49 min manata yaxın olub. Xərclərin əsas istiqamətləri şəhərin abadlıq-quruculuq işlərinə və humanitar aksiyaların keçirilməsinə və işçilərin əməkhaqına yönəldilib. 24 min manata yaxın vəsait şəhərdə aparılan quruculuq işlərinə, 15 min manata yaxın isə əməkhaqqına, 6.000 manata yaxın isə maddi yadırmlara və digər humanitar aksiyaların təşkilinə xərlcənib.
Ağsu bələdiyyəsi qədim “şeyx Dursun” qəbirstanlığında təmizlik və səliqə-səhman işlərinin aparılmasını daim diqqətdə saxlayır. Bələdiyyə büdcəsi hesabına bir nəfər iççi məzarlıqda təmizlik işlərini həyata keçirir.
Belediyye.info