Bölgələrdən əldə etdiyimiz məlumatlara görə icarədə olan torpaqların icarə haqlarının bazar məzənnələrinə uyğunlaşdırılması üçün bələdiyyələr tərəfindən tədbirlər görülməkdədir.
əldə etdiyimiz məlumatlar üzrə dəqiqləşdirmələr aparılan zaman məlum olmuşdur ki, ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək məqsədi ilə həyata keçirilən işlər sırasında bələdiyyə torpaqlarının icarə haqları barədə təhlillər aparılmış, icarə haqlarının xüsusən də əvvəlki illərdə bağlanılmış icarə müqavilələri üzrə icarə haqlarının bir çox hallarda çox aşağı oduğu müəyyənləşdirilmişdir.
Nazirlik tərəfindən “icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması” barədə tövsiyə hazırlanmış və bələdiyyələrə göndərilmişdir. Tövsiyədə qanunvericiliyin tələbləri, icarə haqlarının uyğunlaşdırılmasının qanuni yolları izah edilmiş, bu istiqamətdə tədbirlər görülməsi bələdiyyələrə tövsiyə edilmişdir.
Nazirlik tərəfindən hətta metodik kömək məqsədi ilə məsələ üzrə qəbul edilməli olan bələdiyyə qərarlarının, icarəçilərə təklif məktublarının, qarşılıqlı razılaşma olmadığı təqdirdə məhkəmələrə veriləcək iddia ərizələrinin nümunəvi formaları da tərtib edilərək bələdiyyələrə çatdırılmışdır.
indi isə iş qalır bələdiyyələrin bu istiqamətdə tədbirlər görmələrinə. əldə etdiyimiz məlumatlara görə artıq bir sıra rayonlarda bələdiyyələr hərəkətə keçmişlər. Xəbərlərə görə Xaçmaz bələdiyyələri daha fəal, prinsipial mövqe tutublar. Bələdiyyələrə uğurlar arzulayırıq.
inanırıq ki, görülən tədbirlər bələdiyyələrin gəlirlərinin əsaslı artımına bu isə öz növbəsində onların yerli əhəmiyyətli məsələlərin həllində daha çox iş görə bilməsinə səbəb olacaq.
Həmçinin bələdiyyələrə göstərilən köməyə görə Belediyye.info olaraq ədliyyə Nazirliyinə minnətdarlığımızı bildiririk.
Belediyye.info