"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə büdcəsindən pul vəsaiti hansı qaydada ayrılır? SORUşUN CAVAB VERəK

--2023-02-13 / 16:19

Sual: Bələdiyyə büdcəsindən pul vəsaiti hansı qaydada ayrılır?

 Cavab: Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə

ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı

göstərilməlidir.

 Sual: Bələdiyyə iclası hansı halda səlahiyyətlidir?

 Cavab: Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə

səlahiyyətlidir.

 Sual: Hüquqi və fiziki şəxslər yerli vergilər və ödənişlərlə bağlı borcları

barədə məlumatları necə əldə əldə edə bilərlər?

 Cavab: Bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı

borcları barədə onların yazılı müraciəti əsasında, 1 iş günü

müddətində arayış verirlər.

 

ŞƏRHLƏR