"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə büdcəsinə əlavə olaraq iki milyon manat vəsait daxil olub: MəRKəZiN FəALiYYəTi NəTiCəSiNDə

--2021-08-15 / 17:20

ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirməklə yanaşı onlara metodoloji yardim göstərən orqan kimi cari ilin altı ayı ərzində bir sıra ciddi layihələrə imza atıb. Məhz bu fəaliyyət nəticəsində:

- 2021-ci ildə 39 minə yaxın bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib.

- 1.283 akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib.

- 2.500 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib.

-Pozuntulara yol verən 45 bələdiyyənin vəzifələri şəxsləri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə təqdim olunub.

-Cinayət xarakterli materiallar isə hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilərək 5-i üzrə cinayət işi başlanılıb.

-inzibati nəzarət zamanı müəyyən edilmiş hüquq pozuntularının və nöqsanların aradan qaldırılmasına xüsusi önəm verilərək bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 5.400-dən çox tövsiyə göndərilib.

-Həmçinin həyata keçirilən maarifçilik tədbirləri, eləcə də “bələdiyyələrlə iş portalı” vasitəsilə bələdiyyə aktlarının elektron qaydada göndərilməsi pozuntuların qarşısının alınmasına xidmət edib.

-Bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması üzrə görülən tədbirlər (icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması, debitor və kreditor borcların həlli, pul tələblərinə dair icrası məcburi aktların qəbulu, bələdiyyə müəssisələrinin yaradılması, bələdiyyə əmlakından səmərəli istifadə edilməsi və s.) və bu sahədə aparılan metodoloji köməklik nəticəsində ilkin mərhələdə 702 icarə müqaviləsi üzrə bələdiyyələrə (şirvan, Bərdə, Göyçay regional ədliyyə idarələrinin yurisdiksiyası) ödənilən icarə haqqının məbləği 2,5 dəfə artıb, habelə 350 min manata yaxın torpaq icarə haqqı borcunun yerli büdcələrə (Xaçmaz regional ədliyyə idarəsinin yurisdiksiyası) ödənilməsi təmin edilib.

- Bakı şəhərində bələdiyyələr üzrə ümumilikdə uçota götürülən torpaq və əmlak vergisi obyektlərinin sayı 22% çoxalıb.

-Vergilərdən daxil olmalarda cari ildə 1,9 milyon manata yaxın artım müşahidə olunub.

-Həmçinin bələdiyyələr üzrə pul tələblərinə dair qəbul edilmiş inzibati aktların icrası təmin edilərək 170 min manata yaxın vəsait yerli büdcələrə ödənilib.

-Bələdiyyələr tərəfindən yerli vergilər üzrə yaranmış debitor borcların yığılması məqsədilə icrası məcburi aktların qəbul edilməsi və aidiyyəti icra qurumlarına göndərilməsi vəziyyəti Bakı bələdiyyələri üzrə təhlil edilmiş və bu sahədə müsbət təcrübəsi olan Binəqədi bələdiyyəsi pilot kimi müəyyənləşdirilmişdir. Qeyd olunan təcrübənin ilk növbədə bir sıra Bakı bələdiyyələrində təbliği nəticəsində cari ilin yalnız birinci rübündə bu cür inzibati aktların qəbul edilərək məcburi icraya yönəldilməsi halları 4 dəfə artmışdır.

ŞƏRHLƏR