şəmkirdə bir sıra ölkə əhəmiyyətli tədbirlərin keçirilməsi rayonun sosial-iqtisadi həyatının daha da canlanması, davamlı inkişafı üçün əsaslı zəmin yaradıb.
AZəRTAC xəbər verir ki, rayonun iqtisadiyyatının əsasını təşkil edən sahələrdən biri də kənd təsərrüfatıdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda əkinçiliyin inkişafı üçün xeyli işlər görülüb. Bu işlərdə şəmkir bələdiyyyəsinin nəzdində yaradılmış iri taxılçılıq və bitkiçilik təsərrüfatı olan “Ceyrançöl” MMC-nin xüsusi payı var.
“Ceyrançöl” MMC-nin əkin sahələrinin genişləndirilməsi, eləcə də ərazinin su təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Bu məqsədlə Ceyrançöl massivinə yeni su xətlərinin çəkilişinə və süni göllərin yaradılmasına başlanılıb.
ilk növbədə, burada 65 min kubmetr həcmində göl yaradılıb, 250 min kubmetr həcmində sututar istifadəyə verilib. Bundan başqa, 7,6 kilometr məsafədə diametri 730 millimetr olan borularla iki istiqamətdə su xətləri çəkilib. Hazırda dövlət investisya layihəsi çərçivəsində 7 kilometr məsafəyə su xətti çəkilir.
Bundan əlavə, Ceyrançöldə 500 min kubmetr həcmində daha bir sututar yaradılır.
http://azertag.az/xeber/Ceyrancholun_su_teminati_yaxsilasdirilir-1045855