(Sabunçu rayon Zabrat Bələdiyyəsi tərəfindən 2022-ci ildə görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında HESABAT)
Ölkəmizdə dövlət idarəçiliynin daimi təkmilləşdirilməsi, demokratik təsisatların inkşaf etdirilməsi istiqamətində uğurla aparılan siyasət nəticəsi etibarı ilə vətəndaş cəmiyyətinin, eləcə də yerli özünüedarəetmə orqanlarının inkişafına müsbət təsirini göstərməkdədir.
Bir bələdiyyə olaraq ölkədə həyata keçirilən sistemli sosial-iqtisadi inkşafa öz töhfəmizi verməyə çalışmış və vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq hər zaman seçicilərin problemlərini dinləməyə, onların qayğıları ilə maraqlanmağa, yaşlı, tənha, şəhid ailələri və s. təbəqədə olan sakinlərimizin yanında olmağımızı hiss etdirməyə çalışmışıq.
Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq edilmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti, abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.
Zabrat bələdiyyəsi tərəfindən 34 ümumi iclas keçirilərək 131 qərar qəbul edilmişdir. “Bələdiyyə fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0.və 6.8-ci maddəsinə uyğun olaraq protokollar ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.
Geridə qoyduğumuz 2022-ci ildə dünya ictimaiətində və o cümlədən də xalqımızın üzləşdiyi “COViD-19” pandemiyasına qarşı uğurla həyata keçirilmiş ümumi vaksinasiya və digər qabaqlayıcı tədbirlər nəticəsində passiv fazaya keçmişdir və nəticədə insanların həyat-fəaliyyətini qismən də olsa məhdudlaşdıran tədbirlər aradan qaldırılmışdır. 2022-ci ildə xalqımız və dövlətimiz üçün qürurvüerici hadisələr də çoxdur. 2023-cü ilin “Heydər əliyev” ili elan olunması qürurlandırıcıdır.
Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib. Real gəlir mənbələri müəyyənləşib və onlara uyğun xərclər nəzərdə tutulmuşdur.
Bələdiyyə büdcəsinə daxilolmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanmışdır.
Vergi və rüsumların yığılması zamanı əhali arasında mövcud qanunvericiliklə bağlı maarifləndirmə işləri aparılmış, yığılan vergilər haqqında mütəmadi təhlillər aparılmışdır.
Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq edilməklə Qanunvericiliyə uyğun icra şöbələrinə 44-dən artıq şəxs barəsində müraciət olunmuşdur. Nəticədə bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin olunmuşdur. Həmçinin “Softline Azərbaycan” MMC-ilə bağlanmış müqavilə əsasında vergi ödəyicilərinə göndərilən SMS bildirişlər vergi daxilolmalarına müsbət təsirini göstərmişdir.
Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə daxil olaraq, aidiyyati təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.
Hal-hazırda bələdiyyənin vergi bazasını ərazidə yerləşən 7619 həyət evləri və 180 təsərrüfat subyektləri təşkil edir.
Göstərilən 7799 vergi ödəyicisindən- 4510 ödəyici vergiyə cəlb olunmuşdur (bundan-1348 nəfər vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən güzəştə olunan təqaüdçülərə, əlillər, şəhid ailələri və s. 1112- nəfər əmlakı olan 30m2-dən az olanlar və 829 nəfər isə əmlakının dövlət qeydiyyatı olmayanlardır).
2022-ci il ərzində bələdiyyə büdcəsinə 145.715 manat gəlir daxil olmuş, xərclər 135.268,82 manat təşkil etmişdir.
Büdcə gəlirlərinin əsas mənbəyindən olan əmlak vergisi-86.133,98 manat, torpaq vergisi-25.837,03 manat torpaqların icarəsindən 9.273,99 manat, bələdiyyə fəaliyyətindən 2.470- manat və dotasiyadan 22000 manat daxil olmuşdur.
Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətdə xərclənmişdir:
Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının əmək haqqına- 59.265,49 manat, əmək haqqına üstəlik-13.234,21 manat, malların alınması və xidmət haqqlarının ödənilməsinə- 12.245,83 manat, sosial yardımlar üzrə ödənişlərə- 5.759,50 manat, quruculuq abadlıq və təmir işlərinə-37624,10 manat xərclənmişdir.
Zabrat bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu daima diqqət mərkəzində saxlanılır.
il ərzində vətəndaşlardan daxil olmuş 79 müraciət qeyd olunan məsələlərə aid olmuşdur:
Vergi borclarının olub-olmaması - 11
Torpaq sahələrinin ayrılıb-ayrılmaması - 18
Maddi yardım - 10
Dəfnlə bağlı Dövlət-Sosial Müdafiə
Fonduna arayışlar - 35
Digər məsələlər üzrə isə (yaşıllıq,
abadlıq və s.) - 5
Müraciətlərin hamısı müsbət həll olunub.
Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.
Bələdiyyədə “qaynar xətt” də telefon (550-51-00) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsi ilə daxil olan müraciət və təkliflər qeydə alınır, rəhbərliyə çatdırılır və məsul işçilər tərəfindən müraciətlər araşdırılaraq həllinə nail olunur.
Bələdiyyədə hesabat dövründə 1.390 vətəndaş qəbul edilmiş, o cümlədən şəxsən sədr tərəfindən -978 nəfər olmuşdur.
Bələdiyyə seçki orqanı olaraq çalışır ki, seçicilərlə ünsiyyəti daha da genişləndirsin. Daimi Komissiyalar seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutaraq “bələdiyyə-vətəndaş” birliyinə nail olmağa çalışırlar.
Zabrat bələdiyyəsi təşkilatçılığı ilə 8 mart “Beynəlxalq Qadınlar bayramı”nda qadın bələdiyyə üzvüləri, bələdiyyədə çalışan qadın qulluqçuları və ərazimizdə yaşayan tənha qadınlar bayram münasibəti ilə təbrik olunmuşlar. 21 mart “Novruz bayramı” münasibəti ilə ilə qəsəbə ərazisində yaşayan 9 “şəhid ailəsi” ziyarət edilmiş və bayram sovqatları verilmişdir. “Novruz bayramı” münasibəti ilə qəsəbədə yaşayan əlil, yardıma ehtiyacı olan və aztəminatlı ailələrə də bayram sovqatları verilmişdir.
Zabrat qəsəbəsində bələdiyyə tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Orta ümumtəhsil məktəblərinin 1-6 sinif şagirdləri arasında “20 Yanvar” faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Uşaqların gözü ilə Qara Yanvar Faciyəsi” mövzusunda inşa müsabiqəsi, 2 fevral “Gənclər Günü”ilə bağlı tədbir, 26 fevral Xocalı faciəsinin 30-cu ildönümü barədə, “Xocalıya qayıdış” adlı ümumtəhsil məktəb şagirdləri arasında tədbirlər, 9 may “Qələbə günü”,10 May “Ulu Öndər Heydə əliyevin anadan olması”nın 99-cu ildönümü münasibəti ilə, 15 iyun “Qurtuluş Günü” münasibəti ilə bir çox siyasi tədbirlər həyata keçirilmişdir.
27sentyabr “Anım Günü” münasibəti ilə bələdiyyə qulluqçuları ilə birlikdə qəsəbə ərazisində yaşamış şəhidlərimizin məzarları ziyarət edilmiş, ailələri ilə görüşlər keçirilmişdir. 18 oktyabr “Müstəqillik Günü” münasibəti ilə məktəblilər arasında rəsm müsabiqəsi keçirilmişdir. Tədbirdə iştirak edən məktəblilərə fəxri fərmanlar təqdim edilmişdir.
8 noyabr “Zəfər Günü”, 10 noyabr “Bayraq Günü” ilə bağlı bələdiyyə qulluqçuları məktəblilərlə birlikdə videoçarxlar hazırlayaraq nümayiş etdirmişlər.
Sabunçu rayon Zabrat bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet və s. vasitələrlə çatdırır.
N.Y.Nəsirova
Sabunçu rayonu Zabrat Bələdiyyəsinin sədri