"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə dayanacaqları pulsuz olacaq

--2015-06-22 / 10:57

Meriyanın bir aprel  2015 - ci il tarixində qəbul etdiyi qərara əsasən 01 avqust ayından etibarən şəhərdə rəsmi şəkildə bələdiyyənin balansında olan bütün müvəqqəti avtomobil dayanacaqlarında gecə və bazar günlərində ödəniş olmayacaqdır.   Avtodayanacaqlara görə ödəniş iş günləri və şənbə günü saat 07 -21-dək müddətdə olacaqdır.

Rusiyanın Kazan şəhər meriyasının nəqliyyat komitəsinə daxil olan üzvlərin fikrincə, bu qərarın qəbulunda əsas məqsəd nəqliyyatın instensiv hərəkətini təmin etmək və hətta ən sıx küçələrdə belə avtomobili saxlamaq imkanının olmasına şəraitin yaradılmasıdır.

Komitənin araşdırmaları göstərib ki, adətən gecə, bazar və bayram günlərində dayanacaqlardan daxil ödənşlərin həcmi digər günlərlə müqayisədə xeyli azalıb.

Məlumatda o da  deyilir ki, güzəştin tətbiqi əhalinin dayanacaqlardan daha çox istifadə etməsinə şərait yaradacaq. 

Rusiya mediasının yazdığına görə, bu  güzəştli tariflərin tətbiqi nəticəsində yerli büdcəyə daxilolmaların həcmi 10 % artacaqdır.

Belediyye.info 

ŞƏRHLƏR