"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə dəmiryolçuları təbrik edib

--2017-10-14 / 06:42

Dəmir Yolu işçilərinin peşə bayramı münasibətilə Biləcəri bələdiyyəsinin ictimai-humanitar məsələlər sektorunun təşkilatçılığı ilə Dəmir yolları QSC Biləcəri çeşidləmə stansiyasının rəisi Elçin Məmmədov və onun rəhbərlik etdiyi kollektivlə görüş keçirib.

Bu  barədə məlumatı Binəqədi rayon Biləcəri bələdiyyəsi yayıb.

Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev Dəmir yolları təsərrüfatında 34 illik əmək fəaliyyəti olan Məmmədova Natella xanımı bələdiyyə adından təşəkkürnamə ilə təltif edərək onun simasında bütün dəmir yolçularını bayram münasibət ilə təbrik etmiş peşələrinin nə qədər şərəfli və məsuliyyətli olduğunu vurğulayıb.

Görüşdə YAP Binəqədi rayon şöbəsinin könüllüləri də iştirak ediblər.

Belediyye.info

ŞƏRHLƏR