"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə əhalini əmlak və torpaq vergilərini ödəməyə çağırır

--2015-06-30 / 21:35

“Bələdiyyəyə əlavə gəlir mənbələri cəlb etmək üçün bələdiyyənin özünün əsaslı maliyyəsi olmalıdır. Biz bu istiqamətdə müəyyən addımlar atmağa çalışırıq”. Bu fikirlər belediyye.info saytına açıqlamasında Qaradağ rayonu Korgöz bələdiyyəsinin sədri Rövşən əbdülbağıyev deyib. Onun sözlərinə görə, yeni qaydalara əsasən vətəndaşlara əmlak və torpaq vergilərini ödəmək üçün bildirişlər paylanılır: “Hətta bununla bağlı maarifləndirmə işləri həyata keçiririk. Buna baxmayaraq, vergi ödəmələri çox azdır. əvvəllər aya 500 və daha çox məbləğdə vergi toplayırdıq. Lakin son aylar bu rəqəm 120-130 manat çərçibəsindədir. Ona görə də bələdiyyə olaraq, qəsəbədəki ağsaqqalların, ictimai rəyə təsir edən insanların iştirakı ilə iclaslar keçirib, əhalini əmlak və torpaq vergilərini ödəməyə çağırırıq”.

R. əbdülbağıyev qeyd edib ki, qəsəbəyə 2011-ci ildə su, 2012-ci ildə kanalizasiya xətti çəkilib: “Kəndarası yollar mütəmadi olaraq, təmir olunur. Qeyd edim ki, bütün bunlar Qaradağ rayon icra hakimiyyətinin dəstəyi ilə mümkün olub. Hazırda qəsəbədə su, qaz, işıq problem yoxdur. Lakin kanalizasiya xətti çəkilişi başa çatmadığından hələki asfalt çəkilməyib. Bu işlər başa çatdıqdan sonra qəsəbədəki yolların böyük əksəriyyəti yenidən asfaltlanacaq.

Ona da qeyd edim ki, bələdiyyələrin nüfuzunu artırmaq üçün özünüidarəetmə orqanı çalışmalıdır. Biz də bələdiyyə olaraq, çalışırıq və sakinlərimizin etimadının qazanılması istiqamətində fəaliyyətimizi qururuq”.

Bəxtiyar Məmmədli      

ŞƏRHLƏR