"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə ərazisində 30 ağac kəsilib

--2017-10-08 / 15:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Tükəvilə kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən AZəRTAC-a bildirilib ki, əraziyə keçirilən baxış zamanı Lənkəran rayonu Separadi-Tükəvilə avtomobil yolunun sağ tərəfində, tarlaqoruyucu zolaqda yaşköküstə, diametri 20-44 santimetr olan 30 ağacın (ağcaqayın və küknar) kəsildiyi məlum olub.

Araşdırma zamanı həmin ərazinin Separadi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olduğu və təbiətə 8100 manat məbləğində ziyan vurulduğu müəyyən edilib. Faktla bağlı qanunauyğun qaydada akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində müvafiq tədbirlərin görülməsi üçün Lənkəran şəhər Prokurorluğuna göndərilib.

https://azertag.az/xeber/1100264

 

ŞƏRHLƏR