"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə fəaliyyətini necə qurmalıdır?-VəTəNDAş MöVQEYi

--2017-03-29 / 18:29

Belediyye.infonun əməkdaşı  sosial şəbəkə vasitəsiylə bələdiyyələrin bu günkü fəaliyyətinə münasibət bildriməyi dostluqda olanlardan xahiş edib.

Bəzi sorğu iştirakçılarının  cavabları  maraq kəsb etdiyindən onları olduğu kimi təqdim edirik:

- Zahir əhmədov (Bakı):  “Mən Abşeron rayon Mehdiabad bələdiyyəsinin  ərazisində yaşayıram. Amma o bələdiyyədən xususi gözləntim yoxdur, çünki onların elə bir layihə etmək üçün maliyyə imkanları yoxdur. əks halda biz neçə ildir kanalizasiya dərdi çəkməzdik.”

-  Nazim şərbətov (Bakı): Məncə bələdiyyələr öncə olduqları ərazidəki insanlarla tanış olmalı, ünsiyyət qurmalı və insanlara bələdiyyənin fəaliyyətini anlatmalıdırlar. Vətəndaş bələdiyyəyə güvənməli, onları pul yığan qurum kimi görməməlidilər. Bələdiyyə üzvləri isə dərk etməldirlər ki, onların hər birinin yaxşı və pis hərəkəti sonda  bütün bələdiyyələrə şamil edilir.

-  Səbinə Kərimova  (Sumqayıt sakini): demək olar ki, bizim yasadığımız inzibati ərazidə bələdiyyələrin  rolu hiss olunmur. Bu gün onların fəaliyyəti bir sakin olaraq bizi qane etmir. Mən bələdiyyənın  işindən razı deyiləm”

Belediyye.info 

ŞƏRHLƏR