"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə fəaliyyətini necə qurmalıdır?-VəTəNDAş MöVQEYi II YAZI

--2017-03-30 / 18:43

Belediyye.infonun əməkdaşı  sosial şəbəkə vasitəsiylə bələdiyyələrin bu günkü fəaliyyətinə münasibət bildirməyi dostluqda olanlardan xahiş edib.

Bəzi sorğu iştirakçılarının  cavabları  maraq kəsb etdiyindən onları olduğu kimi təqdim edirik:

- Toğrul Məmmədli: Abşeron rayonu Masazır qəsəbəsi Q.əlizadə küçəsində yaşayıram. Bu “Yeni Bakı” yaşayış massivinin yanında yerləşir.  Yollarımız  bərbad vəziyyətdədir. Qışda yağış yağan kimi palçıq əlindən tərpənmək olmur. Çox əziyyət çəkirik. Bundan başqa həyətdə zibit qutuları belə  yoxdur. Bələdiyyə nümayəndəsi vergi pulu yığmaq üçün gələndə, qonşular yığışaraq dedik ki, gətirin zibil qutusu qoyun, nümayəndə razılaşdı. Lakin dediyi sözə əməl etmədi.

- Süleyman Yusifov (şəmkir rayonu): Bələdiyyələrin fəaliyyəti  bu gün qənaətbəxş sayıla bilər.

- Alış Mehdiyev:  Yasamalda yaşayıram. Yaxşı olardı  ki, bələdiyyə üzvləri  biz tərəfə də gələlər, bina sakinləri ilə görüş keçirərdilər, hansı funksiyaları olduğunu, hansı məsuliyyət daşıdıqlarını deyədilər.

BELEDiYYE.iNFO

ŞƏRHLƏR