"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə fəaliyyətini seçicilərinin arzu və təkliflərinə uyğun qurur

--2017-01-12 / 13:59

Azərbaycan Respublikası Regionlarının Sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində şirvanda aparılan quruculuq və abadlıq işlərində şirvan şəhər Bələdiyyəsidə 2016-cı ildə fəal iştirak etmiş müxtəlif yaşayış massivlərində park və xiyabanlardan, küçə və meydanlardan, şəhər daxili yollardan xeyli işlər görmüşdür.

Bu işlər torpaq, əmlak, icarə, reklam vergisindən toplanan vəsaitlər hesabına həyata keçirilmişdir.

Qeyd edək ki, 2016-cı ildə büdcə gəlirləri proqnoz göstəricisinə əsasən 460.000 manat nəzərdə tutulduğu halda 206.776 manat yerinə yetirilmişdir. Bu işlərin həyata keçirilməsində ötən il ərzində əsasən vətəndaşların arzu və təklifləri nəzərə alınmışdır. Eyni zamanda şəhid ailələrinə, güzəştli şəxslərə, imkansızlara maddi və mənəvi köməkliklər göstərilmişdir. Aparılan quruculuq və abadlıq işlərinin sırasına nəzər salsaq görərik ki, şəhərin F.Eynullayev küçəsində (N.Nərimanov küçəsindən S.Vurğun küçəsinə qədər olan hissədə) bordyurlar, şəhidlər xiyabanında arxa və yan hasarlar, kümbəz, kürsü, su hovuzu, bordyurlar köhnə rəngdən təmizlənmiş yenidən emulsiya ilə rənglənmiş, xiyabanın giriş qapısı yağlı boya ilə rənglənmiş, kümbəzdəki şuar yenisi ilə əvəz olunmuş “şəhidlər Xiyabanı” sözünün hərfləri üzlənmiş, sınmış tametlər dəyişdirilmişdir. Bununla yanaşı 16 â„–-li məktəbə gedən səkinin tikintisi ilə əlaqədar olaraq ərazidə hamarlanma işləri aparılmış, yola tamet döşənmişdir. Tametin kənarlarına beton bordyurlar tökülərək emulsiya ilə rənglənmişdir. şəhərin giriş qapısı istiqamətində Bələdiyyə üçün ayrılmış ərazidə 2016-cı ildə yüzlərlə şam və zeytun ağacı əkilib və onlara qulluq edilmişdir.

Bununla yanaşı 2016-cı ildə M.ə.Rəsulzadə küçəsindəki 17, 17/1, 17/2 saylı binaların qarşısında xeyir-şər yerləri tikilmiş, içərisindəki avadanlıqlarla birgə istifadəyə verilmiş, ərazisində səliqə-səhman yaradılmış və abadlıq işləri görülmüşdür. L. ibrahimov küçəsindədə 4 â„–-li binanın qarşısındada eyni tipli xeyir-şər yeri tikilib və avadanlıqları ilə birlikdə əhalinin istifadəsinə verilmişdir. 2016-cı ildə “1941-1945-ci illər böyük vətən müharibəsi” abidəsinin təmir-bərpa və abadlıq işləridə yüksək keyfiyyətlə həyata keçirilmişdir.

Bütün bunlarla yanaşı 2016-cı ildən şirvan Bələdiyyəsi şəhid ailələrinə, güzəştli şəxslərə və imkansızlara bir sıra maddi köməklik göstərmiş, onların ehtiyacını nəzərə alaraq tikinti materialları ilə təmin etmişdir. M.Mirzəyev kücəsi 3 saylı evdə yaşayan Mehriban Ağayeva, ə.Bayramov küçəsində ev 18 döngə 2-də yaşayan Təranə Hacıyeva, M.əzizbəyov küçəsi 1 saylı ünvanda yaşayan Elvira Nəzərova, 28 May küçəsi 28/8 ünvanında yaşayan Qəribxan Nuriyev, 28 May küçəsi ev 8 mənzil 9 ünvanda yaşayan şəhid övladı Nərmin əliyeva, T.ismayılov küçəsi 5/23-də yaşayan əflatun Məmmədov, Naxçıvan küçəsi 28/645-də yaşayan Xuraman Kərimova, 28 May küçəsi ev 4 mənzil 7-də yaşayan şəhid ailəsi iradə Atayeva, şəhid ailəsi Amaliya israilova, Bayramlı qəsəbəsi Sabir küçəsi ev 4-də yaşayan Qardaşxan Səmədov Bələdiyyənin yardımından istifadə etmişdirlər. Bələdiyyə tərəfindən keçən ilin Aprel döyüşlərində şəhid olan ərəbli Rahil Rafiq oğlunun şəhidlər xiyabanındakı məzarının baş və sinə daşları qurulmuş ətrafı abadlaşdırılmışdır.

şəhid ibadov Rahid israil oğlunun yaşadığı binanın qarşısındaki baralyefi yenisi ilə əvəz olunmuşdur.

şirvan şəhər Bələdiyyəsi hər ilin sonunda keçirilən “Demokratiya həftəsi”-ndə  şəhərdə yaşayan seçicilərinin arzu və təkliflərini mütəmadi olaraq öyrənir, gələcək fəaliyyətində onların həyata keçirilməsinə çalışır.  

 

Kürdoğlu Muradov

şirvan şəhər Bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR