Gəncə şəhər Nizami bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, bələdiyyə əməkdaşları öz inzibati ərazisində buz bağlamış avtomobil yollarına duz qarışıq qum səpilməsini həyata keçirib.
Qeyd edək ki, 31.01.2017-ci il tarixində Gəncə şəhərinə yağan güclü qar nəticəsində Gəncənin bir çox küçə və prospektləri buz bağlayaraq avtomobil yollarında ictimai və xüsusi nəqliyyat vasitələrinin hərəkətində maneələr yaranmışdır.
Bu səbəblə 01.02.2017-ci il tarixində səhərdən Nizami (Gəncə ş.) bələdiyyəsinin işçiləri tərəfindən əsas küçə və prospektlərə duzla qarışıq qum səpilərək donmuş yolların tez vaxtda açılmasıyla bağlı xeyli işlər görülmüşdür.
Bu gündən etibarən piyadaların hərəkətinə maneə yaranan hissələr də bələdiyyənin təsərrüfat şöbəsinin əməkdaşları tərəfindən təmizlənəcəkdir.
Belediyye.info
|
|
|
|
|
|