"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə hansı ailələri ziyarət edib?

--2017-12-03 / 10:08

Bu gün Binəqədi Rayon icra Hakimiyyəti, Binəqədi Qəsəbə Bələdiyyəsinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan müxtəlif kateqoriyalı əlil ailələrinə baş çəkilib.

Bu  barədə məlumatı Binəqədi bələdiyyəsi yayıb.

Görüşdə Binəqədi Qəsəbə Bələdiyyəsinin sədr müavini Mətanət Nəsibova, Binəqədi Qəsəbə Bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Nilufər Yunusova, Bələdiyyənin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afiq Qasımov əlil ailələrinin evlərində olaraq ziyarət ediblər.

Ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirildiyini və əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu bildirib. əlil ailələrinin problemlərini dinləyib və onlara Binəqədi Rayon icra Hakimiyyəti başçısının hədiyyə və yardım sovqatını təqdim ediblər.

Qeyd edək ki,  3 dekabr Beynəlxalq əlillər Günü ümummilli lider Heydər əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda geniş şəkildə qeyd olunur.

Belediyye.info

ŞƏRHLƏR