"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə həm də sakinləri maarifləndirəcək

--2016-04-15 / 01:04

Bərdə bələdiyyəsinin  yaydığı məlumata görə, bələdiyyənin əməkdaşları  şəhərin H.əliyev prospektində bərpa və təmizlik işləri davam etdirərək prospektdəki piyada səkisinin çoxsaylı dağılmış hissələrində təmir-bərpa işləri aparıb.

Eyni zamanda Bərdə bələdiyyəsi şəhərin H.Aslanov küçəsində alaq otlarını biçərək təmizlik işləri aparıb.

Xatırladaq ki, bələdiyyə ilin əvvəlindən şəhərdə həm təmir-bərpa işləri, həmdə təmizlik işləri həyata keçirir.

Bələdiyyədən daxil olan məlumatda deyilir ki, bələdiyyə iclasının qərarıyla ilin sonunadək şəhərdə təmizlik və təmir bərpa işləri davam etdiriləcəkdir. Bununla yanaşı belə qərara alınıb ki, sakinlər arasında maarifləndirmə işləri də aparılsın. Belə ki, vergi müfəttişləri bildirişləri paylamaqla yanaşı, sakinlərdən təmizliyə riayət etmələri də xahiş olunur.

Belediyye.info

ŞƏRHLƏR