Balakən şəhər bələdiyyəsinin cari ilin altı ayı ərzində 36 min manat büdcə gəliri olub. Bu vəsaitin 5241 manat torpaq vergisindən, 7646 manatı əmlak vergisindən, 19728 manatı bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, 2120 manatı icarədən, 1340 manatı isə dotasiyadan daxil olub.
Toplanmış vəasitin 7300 manatı şəhərin abadlaşdırlmasına sərf edilib. Bələdiyyədən daxil olan məlumata görə, şəhər ərazisində keçirilən tədbirlərdə Balakən Bələdiyyəsi yaxından köməklik göstərir. Bələdiyyə öz daxili vəsaiti hesabına şəhərdə təmir və abadlıq işlərinin görülməsinə baxmayaraq, bələdiyyənin əvvəldən başqa təşkilatlara borcu vardır.
Bələdiyyənin əvvəldən qalan borclarını ödəməklə yanaşı, şəhər ərazisində təmir və abadlıq işlərini davam etdirir.
Belediyye.info