"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə həm təmizlik aparır, həm də sakinləri maarifləndirəcək

--2016-06-15 / 21:44

Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsinin yaydığı məlumatda  bildirilir ki, bələdiyyə üçün vətəndaş məmnunluğu hər zaman öndədir. Qəsəbəmizin təmizliyinin təmini məqsədilə M.ə.Rəsulzadə bələdiyyəsinin əməkdaşları tərəfindən i.Hacıyev küçəsindəki tullantı meydançası və ətrafı məişət tullantılarından təmizlənib,  yenidən sakinlərin istifadəsinə verilib.

Bununla yanaşı bələdiyyə tərəfindən O.Mustafayev və i.Hacıyev küçələri iri qabaritli, bərk tullantılardan, tikinti tullantılarından təmizlənib, ərazidən daşınıb. Qəsəbə ərazisində təmizlik işləri müntəzəm olaraq davam etdirilir.

Bələdiyyənin əsas məqsədi  ərazinin təmizliyinə nəzarət etməklə yanaşı əhali arasında maarifləndirmə işlərinə diqqətin artırılmasıdır. Bələdiyyə iclasının qərarıyla sakinlərlə keçirilən görüşlərdə onların da üzərinə müəyyən məsuliyyət yükünün qoyulması qərara alınıb.

Belediyye.info 

ŞƏRHLƏR