"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə icra aparatının tərkibini kimlər təşkil edir? SORUşUN CAVAB VERəK

--2022-06-03 / 14:33

Bələdiyyə icra aparatının tərkibini kimlər təşkil edir?

Bələdiyyə icra aparatının tərkibi bələdiyyənin fəaliyyət göstərdiyi əraziyə və konkret iş vəziyyətinə uyğun olaraq, müvafiq bələdiyyənin nizamnaməsi ilə nəzərdə tutulmuş qaydada və sayda idarə rəisləri və rəis müavinləri, şöbə müdirləri və müdir müavinləri, mütəxəssislər, müfəttişlər və digər işçilərdən təşkil olunur.

Hansı şəxslər bələdiyyə qulluğuna hansı hallarda qəbul edilə bilməz ?
onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə;

məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;

bələdiyyənin sədri, bələdiyyə sədrinin müavinləri və bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi bələdiyyə qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;

barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa.

3, Bələdiyyə qulluqçusunun əmək haqqının müəyyən edilməsi qaydası qanunvericiliklə necə tənzimlənir ?
Bələdiyyə qulluqçularının əmək haqqı bələdiyyələrin büdcəsi hesabına, onun maliyyə imkanlarına uyğun olaraq bələdiyyə tərəfindən təsdiq edilmiş ştat cədvəli əsasında müəyyən edilir.

Hazırladı:

Samir Cəfərov,

Gəncə Regional ədliyyə idarəsinin rəis müavini vəzifəsini icra edən,

I dərəcəli ədliyyə qulluqçusu

ŞƏRHLƏR