"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə idarəçiliyi çətin, lakin şərəfli bir işdir

--2017-05-01 / 09:42

Azərbaycan Respublikasında hazırda zəngin qanunvericilik bazasına əsaslanan yerli özünüidarəetmə sistemi formalaşmış, vətəndaş təşəbbüskarlığı üçün əlverişli şərait yaradılmışdır.  Azərbaycan  Respublikası  Konstitusiya maddələrində bələdiyyələrin müstəqil fəaliyyətinin iqtisadi, siyasi və hüquqi təminatları təsbit olunmuşdur ki, bu da  bələdiyyələrin  formal qurum deyil, geniş imkanlara malik idarəetmə orqanı kimi  fəaliyyətinə  mühüm əsaslar  yaratmışdır. Bələdiyyələr də artıq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında  öz töhfələrini verməkdədirlər.

ərçivan bələdiyyəsi 2016-cı ildə qəsəbəmizin sosial- iqtisadi inkişafı  sahəsində bir  sıra işlər  görmüş və  bu sahədəki  fəaliyyıtini  bu gün də davam  etdirir.  ilin əvvəlindən qəsəbədə  fermer təsərrüfatlarına gedən əsas yollar,  “Nüyədi”, “Nimçi” və “Bağ” məhəllə yolunun bir hissəsi, “ərçivan bicar” məhəlləsi isə dairəvi istiqamətdə qum – çınqıl qatı  səpilərək  təmir edilmişdir.  Astara –Bakı maqistral yolunun cənub tərəfdən girişində, yolun sağ-sol tərəfində 700 metrə qədər ərazidə yol boyu salınmış parkda  bəzək  ağaclarına qulluq və  həmçinin onların  qorunub  saxlanılması  işi təşkil  edilmişdir.

Ölkə başçısının tövsiyyə və tapşırıqlarına uyğun olaraq 2016-cı ildə bütün ölkədə olduğu kimi  qəsəbəmizdə də uzun illərdən bəri əkilməyən pay torpaqlarının böyük bir hissəsi  yenidən əkin dövriyyəsinə salınmış və uğurlu nəticələr əldə olunmuşdur. Sözsüz ki, əkin sahələrinin uzun illər boş qalması böyük fəsadlar törətmişdir. Belə ki, əkilməyən pay torpaqları müəyyən insanlar tərəfindən uzun illər örüş yeri kimi istifadə olunduğundan, sahələrə gedən  su ötürücü kanalların istiqamətləri dəyişdirilmişdir. Bütün bu problemlərin həlli istiqamətində bələdiyyəmiz tərəfindən təxirəsalınmaz tədbirlər görülmüş və bu sahədə olan nöqsanlar aradan qaldırılmışdır.

Hesabat  dövründə  1941-1945 –ci il Böyük  Vətən  Müharibəsi  iştirakçılarının şərəfinə  ucaldılmış  abidə kompleksi təmir olunmuş , “ Yanar Bulaq “ kompleksində  əsaslı  təmir  işləri  aparılmışdır.

ərçivan bələdiyyəsi öz işini  bir mənalı olaraq vətəndaşların tələb və təkliflərinə uyğun qurmağa çalışır,   qəsəbənin  bütün  sosial  problemlərinin  həllinə yaxından   qayğı   göstərir. Bələdiyyə büdcəsi  hesabına  şəhid  ailələri, Böyük vətən və Qarabağ müharibəsi iştirakçılarına, imkansız ailələrə  kömək və yardım göstərilməsi  həmişə  diqqət  mərkəzində olmuşdur.

2016 - cı ildə xərclənmiş büdcə vəsaitlərinin 6030 manatı şəhid ailələrinə, Böyük Vətən və Qarabağ müharibəsi iştirakçılarına, əlillərə,xəstələrə, imkansızlara və yardıma    ehtiyacı olan vətəndaşlara, eyni zamanda dəfn və yas mərasiminin keçirilməsinə sərf olunmuş, 964 manatı  abadlığa,   Dövlət reyestrindən çıxarışların və texniki passportların alınmasına 4708 manat, torpaq müayinə sənədlərinin hazırlanması üçün kadastr idarəsinə 846 manat  xərclənmişdir.

Bələdiyyəmiz həftədə bir dəfədən az olmayaraq  bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə ərçivan qəsəbəsinin ərazisində iməciliklər keçirir,  tikinti-təmir,abadlıq, yaşıllaşdırma, ekoloji təmizlik işləri aparır. ərçivan bələdiyyəsi qarşıya qoyulan yenidənqurma, abadlıq, yaşıllaşdırma və quruculuq işlərinin yerinə yetirilməsi üçün bələdiyyənin maliyyə imkanlarını artırmağa çalışır. Amma bu sahədə hələ də çoxlu problemlərlə rastlaşırıq.

ərçivan  bələdiyyəsinin büdcəsinə  2016-cı ildə  36255  manat vəsait  daxil olmuşdur. Daxil olmuş vəsaitin  5410 manatı  fiziki şəxslərin torpaq vergisindən, 5416 manat torpaq  icarə haqqlarından, 2620 manat dövlət tərəfindən ayrılan dotasiyadan,  22989 manatı torpaq satışından  daxil olma təşkil edir. Göründüyü kimi büdcə gəlirlərinin əsas hissəsini , yəni 63,4 faizini bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin özgəninkiləşdirilməsindən, 29 faizini isə vergi və ödənişlərdən daxilolmalar  təşkil edir. Fiziki şəxslərin əmlak vergisi və digər ödənişlərin yığılması isə mümkün olmamışdır. Bununla belə  bələdiyyəmiz Milli Assosiasiyanın metodiki dəstəyi ilə  Yerli (Bələdiyyə) Vergi və Ödənişlərin Avtomatlaşdırılmış Məlumat Sisteminə (BAMS) qoşulmuş, vergi ödəyicilərinin sistemə daxil edilməsinə başlamışıq.  Artıq 413 vergi ödəyicisi və vergitutma obyektləri barədə məlumatlar sistemə daxil edilmiş və bu proses davam etməkdədir. ilkin mərhələdə proqrama vegilərin hesablanması, gəlir və xərclərlə bağlı məlumatların daxil edilməsi prosesində müəyyən çətinliklərlə rastlaşsaq da sonralar Milli Assosiasiyanın əməkdaşlarının köməkliyi ilə bu çətinliklər aradan qaldırılmış və hal-hazırda proqramın uğurla istifadəsi davam edir. Proqramda əməliyyat proseslərini daha mükəmməl öyrənmək üçün təklif edərdim ki,  Milli Assosiasiya tərəfindən Proqramla işləyən mütəxəssislər və mühasiblər üçün ixtsasartırma kursları formasında zona seminarları təşkil olunsun. Bu ümumi işin xeyrinə olmaqla BAMS proqramının tətbiqinin səmərəliliyini dəfələrlə artırmış olacaq.

ərçivan qəsəbəsində uzun illərdən bəri, yəni 2002-ci ildən başlayan torpaq  islahatı  başa çatmış və  pay torpaqlarının mülkiyyət hüququna dair dövlət aktları   müvafiq icra strukturu  tərəfindən vətəndaşlara paylanılmışdır. Lakin torpaqların vətəndaşlara naturada, yerquruluşu formasında təhkim edilməsi işi hələ də öz həllini tamamilə tapmamışdır. Məsələ ilə əlaqadar bələdiyyəmiz  tərəfindən Yerquruluşu Lahiyə inistitutuna  müraciət edilmişdir. Cavabında isə bizə bildirdilər ki vətəndaşlar  fərdi  qaydada müraciət etməlidirlər və  xidmətə görə ödəniş olunmalıdır.  Açığını deyim ki, bu cür maneələr bizim işimizə mənfi təsir göstərir. Milli Assosiasiyanın rəhbərliyindən və burada iştirak edən dövlət orqanlarının  nümayəndələrindən xahiş edirəm ki, qeyd olunan məsələnin həllində bizə yardımçı olsunlar.

Bələdiyyə  idarəçiliyi  çətin,  lakin şərəfli  bir  işdir. Çətindir,  çünki əhalinin tələblərini tam yerinə yetirmək üçün  vəsait  çatışmamazlğı kimi  böyük problemlər  mövcuddur. Amma büdcə gəlirlərimizin artırılması istiqamətində Milli Assosiasiyanın köməkliyi ilə müsbət nəticələr əldə etməklə sakinlərimizin  yerli problemlərlə bağlı istək və arzularının reallaşdırılmasına nail ola bilərik. Buna həm mövcud potensialımız, həm də sakinlərin bizə dəstəyi imkan verir.

iradə Rzayeva

Astara rayonunun ərçivan bələdiyyəsinin sədri 

ŞƏRHLƏR