"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə inzibati ərazisində intentarlaşdırma aparır

--2015-09-15 / 10:49

“Bələdiyyələr yalnız qarşılıqlı təcrübə mübadiləsi yolu ilə inkişaf edə və problemlərini birgə həll edə bilərlər”- bu fikri Belediyye.info  saytına Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov deyib. Onun sözlərinə görə,  bu gün Bərdə,  Nəsimi  və Nizami bələdiyyəsinin tətbiq etdiyi yenilikləri biz də fəaliyyətmizdə tətbiq etməyə başlamışıq.

Uzun müddət mənzil kommunal sahədə calışdığını deyən sədr fəaliyyətində müvafiq qurumlardan  xüsusəndə  Sabunçu icra Hakmiyyətindən dəstək gördüyünü deyib.

Son bir ay ərzində  bələdiyyənin inzibati ərazisində  fiziki şəxslərə məxsus əmlakın inventarlaşdırlımasına start verildiyini deyən sədr fiziki şəxsə aid ola bütün məlumatların toplanaraq bir bazada sistemləşdirildiyini deyib: “Hazırda bələdiyyənin inzibati ərazisində  17846 min mənzil,  3091 qeydiyyatı  olan fərdi təsərrüfat  və   712 sənədsiz mənzil, ümumilikdə isə  21649 fərdi təsərrüfatımız vardır. Ancaq ərazidə aparılan müşahidə və araşdırma göstərir ki, bu rəqəmin dəqiləşdirilməsinə ehtiyac var. 

Bələdiyyəyə kifayət qədər borcu olan vətəndaşlar barəsində sənədlər toplanaraq  məhkəmə icraçılarına tədqim edirik.

Hazırda həyətlərdə qanunsuz tikililəri sökərək  numünəvi uşaq meydançalarının inşasına başlamışıq.

Mənzil kommunal istismar sahələriylə ciddi əlaqəli şəkildə işlədiklərini deyən sədr bu sistemlə bağlı hec bir problemin olmadığını dedi.  Hazırda 18 dalandar müqavilə yolu ilə işə götürülüb. Onların da əsas məqsədi ərazidə təmzilik işlərini diqqətdə saxlamaqdır.

Bələdiyyənin avtomobilinə reklam vurmaqla, habelə  vahid geyim formasının tətbiqiniə  qərar vemişik.

Bu gün qəsəbənin mərkəzi küçəsində olan parkda abadlıq işləri həyat keçiririk. Hər tərəfdə ən müasir çaglar quraşdırlır. Bundan  əlavə qəsəbəyə 8 km qəsəbəsindən gələn yolun sağ tərəfi  abadlaşdırlıb.

Qəsəbənin sosial-mədəni inkişafı daim diqqət mərkəzində saxlayırıq.

 BELEDiYYE.iNFO

ŞƏRHLƏR