Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı Respublika Komitəsinin III Məclisinin iclası keçirilib.
Məclisin işində həmkarlar təşkilatınnın məclis üzvləri, Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasının rəsmiləri və Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynov, Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfov və KiV təmsilçiləri iştirak ediblər.
içlasda ABiHi-nin Respublika Komitəsinin sədri M. Xəlilov “Yerli özünüidarəetmə orqanlarında mövcud maliyyə problemləri və bu problemlərin həllində həmkarlar ittifaqının rolu” mövzusunda geniş məruzə ilə çıxış edib.
Bundan başqa ABiHi-nin Məclis üzvü Jalə Sadıqova “Üzvlük haqqlarının mərkəzləşdirilmiş şəkildə Respublika Komitəsinin hesablaşma-hesabına köçürülməsi haqqında” təkliflə çıxış edib.
Məruzələr ətrafında Biləsuvar RK sədri əhmədxan Qardaşxanov, ABiHi-nin Xəzər RK sədri Sevil Mansurova, ABiHi-nin Lənkəran RK sədri Yəhya Qafarov, Binəqədi rayon Biləcəri bələdiyyəsi ilk həmkarlar təşkilatının sədri Səfər Kərimov, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynov çıxış edib. Məclisin işində təşkilati məsələyə də baxılıb. Belə ki, Məclisin qəraryıla icraiyyə komitəsinin üzvü Mingəçevir ilk təşkilatının sədri Sahib Hüseynov iş yerini dəyişdiyinə görə icraiyyə komitəsinin üzvlüyündən azad edilmiş, ABiHi-nin Pirallahı ilk həmkarlar təşkilatının sədri əliyeva Aytən Nağı qızı icraiyyə komitəsinə üzv seçilmişdir.
Məclisin sonunda səmərəli fəaliyyətlərinə Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfov və Biləsuvar RK sədri əhmədxan Qardaşxanov Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı Respublika Komitəsinin “Fəxri Fərman”ları ilə təltif ediliblər.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|