"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı üzv təşkilatara məktub göndərib

--2019-02-27 / 13:50

Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının Respublika Komitəsi sədr Məhərrəm Xəlilovun imzasıyla üzv təşkilatlarına tövsiyə məktubu göndərib. Məktubda qeyd edilir:

“Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamına əsasən minimum əmək haqqı 180 manata çatdırılmışdır.

Bununla əlaqədar bütün işəgötürənlər minimum əmək haqqından aşağı maaş alan işçilərin əmək haqqını 180 manata çatdırmalı, əmək müqavilələrinə dəyişiklik edərək, mart ayının 1-dək əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil etməlidirlər.

Müəyyən edilmiş vaxtadək məlumatları sistemə daxil etməyən işəgötürənlər üçün inzibati məsuliyyət yaranacaq. inzibati Xətalar Məcəlləsinə əsasən işçiyə minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə cərimə nəzərdə tutulur.”

Belediyye.info

ŞƏRHLƏR